Mojo.az Banner
15:23 Bu yolda sürət həddi bərpa edildi  |     15:20 Hava şəraiti ilə bağlı bəzi məktəblərdə tədrisdə fasilələr yaranıb  |     15:10 FHN rəsmisi: "Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib"  |     14:23 Azad edilmiş ərazilərdə daha 117 mina aşkarlanıb  |     14:19 Baş nazir: "Bu gün Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur"  |     14:11 Kəmaləddin Heydərov Bibiheybət yolunda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə olub - Video  |     14:08 Qida borusunda yemək qalan qadın öldü  |     13:17 Bibiheybət yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT – Hərəkət qismən məhdudlaşdırıldı  |     13:14 Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdı  |     13:11 Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı  |     13:08 Azərbaycanda 20 mindən çox ailəyə birdəfəlik MÜAVİNƏT VERİLİB  |     13:06 Kəmaləddin Heydərov Keşlədə suyun təsirinə məruz qalmış əraziyə gedib - VİDEO  |     13:05 Ağsuda məktəbli qardaşlara xəsarət yetirildi - Saxlanılan var  |     13:03 Doqquzuncu sinif şagirdlərinin nəzərinə - Qeydiyyat başlanır  |     12:59 Vətəndaşların NƏZƏRİNƏ: Qanunvericiliyə maaşlarla bağlı mühüm dəyişiklik gözlənilir  |     12:58 Daşkəsəndə qayalıq ərazidə meyit tapıldı  |     12:52 Neft bahalaşmaqda davam edir  |     12:52 Azərbaycanda yağıntılar nə vaxtadək davam edəcək?  |     12:50 Bakıda "Ford" piyadanı vurub öldürdü  |     12:46 Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq  |    
Left Banner
Right Banner

Yol polisindən vətəndaşlara tibbi maska ilə bağlı MÜRACİƏT

11.06.2021 12:54 1 284
Yol polisindən vətəndaşlara tibbi maska ilə bağlı MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.

Müraciətdə deyilir:

“Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar.

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarına əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməlidir.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etmələrini xahiş edir və ümid edirik ki, hər birimiz məsuliyyətli olmaqla koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara riayət edəcəyik”.скачать dle 11.3
Mojo.az Banner