Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Myanmarda 19 nəfər edama məhkum edilib

10.04.2021 15:52 1 023
Myanmarda 19 nəfər edama məhkum edilib
Myanmardakı hərbi məhkəmə bir hərbçini öldürmək və digərini yaralamaq ittihamı ilə 19 şəxsi edama məhkum edib.

Hərbi hökumətə bağlı "Myawaddy TV”nin bildirdiyi kimi, ittihamnaməyə görə, müttəhimlər 27 mart Silahlı Qüvvələr Günü ölkənin ən böyük şəhəri Yanqonun Şimali Okkalapa qəsəbəsində aralarında zərərçəkənlərin olduğu bir neçə nəfərə bıçaq və dəyənəklərlə hücum edib onlara məxsus motosikl və silahı götürüblər.

Müttəhimlərdən hazırda axtarışda olan 17 nəfər barəsində bu hökm qiyabi verilib.

Yanqon şəhərinin Şimali Okkalapa kimi hərbi vəziyyət elan olunmuş bölgələrində ciddi cinayət hadisələrinə hərbi məhkəmələr baxır. Bu məhkəmələrin hökmündən Ali Məhkəməyə apellyasiya verilə bilməz, lakin edam hökmləri hərbi xunta başçısı, Dövlət İnzibati Şurasının sədri Min Aunq Hlainq tərəfindən, daha yüngül cəzalar isə aşağı rütbəli komandirlər tərəfindən dəyişdirilə bilər.

Bu qərarın martın 15-də tətbiq edilmiş hərbi vəziyyət dövründə ilk edam hökmü olduğu bildirilir. Fevralın 1-də baş verən hərbi çevrilişə qədər Myanmarda edam hökmləri çıxarılsa da, 30 ildir icra edilmirdi.скачать dle 11.3
Mojo.az Banner