Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Mədət Quliyev Türkiyə nümayəndə heyətini qəbul etdi

02.04.2021 13:36 1 854
Mədət Quliyev Türkiyə nümayəndə heyətini qəbul etdi
Bu gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şekerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.

Görüşdə hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri haqqında geniş müzakirələr aparılıb.скачать dle 11.3
Mojo.az Banner