Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb | 11:50 Azərbaycanda universitetdə əməkhaqqı ilə bağlı yenilik | 11:46 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? | 11:43 Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu |
Mojo.az Avto
Mojo.az Avto

İspaniyada 4 milyon avroluq telefon və planşet oğurlandı

25.03.2021 21:36 1 290
İspaniyada 4 milyon avroluq telefon və planşet oğurlandı
İspaniya polisi içərisində 4 milyon avro məbləğində mal olan yük avtomobilinin oğirlanmasında şübhəli bilinən şəxsləri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.

Məlum olub ki, saxlanılan şəxslər sürücü ilə əlbir olub. Araşdırma mart ayının əvvəllərində bir nəfərin müxtəlif mobil telefonlar və planşetlər daşıyan yük avtomobilinin oğurlanması barədə polisə məlumat verməsi ilə başlanılıb.

Sürücünün dediyinə görə, Qetafe bələdiyyəsi ərazisində bir neçə nəfər tapança ilə yük avtomobilinin qarşısını kəsib və onu nəqliyyat vasitəsini tərk etməyə məcbur ediblər.

Qısa müddət ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları Alkorkon qəsəbəsi ərazisində qaçırılmış boş yük avtomobilini tapıblar, oğurlanan malların hamısı demək olar ki tapılıb. Faktla bağlı üç nəfər saxlanılıb.

Son xəbərlər