Sabahın hava proqnozu AÇIQLANDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:15 Bayram günlərində paytaxtın qızıl bazarında SON VƏZİYYƏT - VİDEO  |     22:08 İsveçrədə buzlaqlar çökür: Avropanı yeni təhlükə gözləyir  |     22:00 Azərbaycan millisi Latviya yığması ilə heç-heçə etdi  |     21:53 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirildi  |     21:47 Valideynlərdən hədiyyə olaraq zinət əşyası aldığına görə cəzalandırılan müəllimə DANIŞDI  |     21:39 Şəkidə 31 yaşlı kişini ilan sancıb  |     21:33 Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən 4 nəfər tapılıb  |     21:26 Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək  |     21:21 İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT  |     21:12 Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı  |     21:05 Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB  |     21:00 Beşdən çox uşağı olan qadınların sayı açıqlandı - Rayonlar üzrə rəqəmlər  |     20:53 17 il əvvəl vəfat edən mayora şəhid adı veriləcək  |     20:48 Bu il 700 bal toplayanlar arta bilər - PROQNOZ  |     20:42 Bu ziyarətgaha gedənlərə şad xəbər  |     20:35 Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? (AÇIQLAMA)  |     20:30 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxu - Səbəbləri nələrdir? (VİDEO)  |     20:21 Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar  |     20:15 Çindəki yeni virus qlobal epidemiyaya səbəb ola bilər - Xəbərdarlıq  |     20:07 Bakıda 2 avtomobildən avtomat tapıldı  |    

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa görə, martın 26-sı axşamdan 28-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 517 24.03.21 13:56