“Azəriqaz”: “Fərdi qazlaşma ilə bağlı vətəndaşdan ödəniş tələb etmirik” - RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi  |     22:55 Vüqarın bu mahnılarına radioda qadağa qoyuldu - VİDEO  |     22:46 Türkiyədə 5.2 maqnitudada zəlzələ baş verib  |     22:41 Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq  |     22:34 Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb  |     22:28 Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb  |     22:20 Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə  |     22:15 Bayram günlərində paytaxtın qızıl bazarında SON VƏZİYYƏT - VİDEO  |     22:08 İsveçrədə buzlaqlar çökür: Avropanı yeni təhlükə gözləyir  |     22:00 Azərbaycan millisi Latviya yığması ilə heç-heçə etdi  |     21:53 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirildi  |     21:47 Valideynlərdən hədiyyə olaraq zinət əşyası aldığına görə cəzalandırılan müəllimə DANIŞDI  |     21:39 Şəkidə 31 yaşlı kişini ilan sancıb  |     21:33 Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən 4 nəfər tapılıb  |     21:26 Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək  |     21:21 İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT  |     21:12 Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı  |     21:05 Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB  |     21:00 Beşdən çox uşağı olan qadınların sayı açıqlandı - Rayonlar üzrə rəqəmlər  |     20:53 17 il əvvəl vəfat edən mayora şəhid adı veriləcək  |    

“Azəriqaz”: “Fərdi qazlaşma ilə bağlı vətəndaşdan ödəniş tələb etmirik” - RƏSMİ AÇIQLAMA

Dövlət Proqramı çərçivəsində dövlət sifarişi ilə mərhələli şəkildə ilk növbədə təbii qazdan istifadə etməyən yaşayış məntəqələri və yeni yaşayış massivləri qazlaşdırılır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilir ki, bununla yanaşı, fərdi qaydada vətəndaşların öz sifarişləri ilə də qazlaşdırma işləri aparılır. Küçə xətti mövcud olduqda ilk növbədə vətəndaş ərizə və mülkiyyəti təsdiq edən sənədlə bu sahəyə xüsusi icazəsi, lisenziyası olan podratçı təşkilata müraciət etməlidir.

Müraciət etdikdən sonra həmin təşkilatın sorğusu əsasında “Azəriqaz” İB-nin mütəxəssisləri fərdi yaşayış evinə baxış keçirirlər. Qaz təchizatı mənbəyi müəyyən olunur, qazlaşma sxemi və sorğu blankı tərtib olunur. Həmin sənədlər əsasında vətəndaşın sifarişi ilə lisenziyası olan podratçı təşkilat tərəfindən fərdi yaşayış evinin qazlaşdırılması layihəsi hazırlanır.

Vətəndaşla podratçı təşkilat arasında bağlanmış müqavilə əsasında fərdi yaşayış evinin qaz xətlərinin çəkilməsi işləri aparılır və müvafiq qaydada istismara qəbul olunur. Bu işlər tamamlandıqdan sonra podratçının müraciəti əsasında “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacının quraşdırılması həyata keçirilir, abonent kodu açılır, vətəndaş ilə müvafiq qaydada qazın alqı-satqısı müqaviləsi bağlanır və təbii qazın verilməsi təmin olunur. Küçə xətti mövcud olmadıqda isə vətəndaş ilk növbədə küçə xəttinin çəkilməsi üçün texniki şərtin alınması məqsədi ilə “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. Həmin mərkəzlər vasitəsi ilə “Azəriqaz” İB tərəfindən tam ödənişsiz olaraq küçə xəttinin çəkilməsi texniki şərti vətəndaşa təqdim olunur. Texniki şərtləri əldə etdikdən sonra vətəndaş yenə də müraciət edir bu sahədə xüsusi icazəsi olan podratçı təşkilata. Podratçı təşkilat tərəfindən küçə xəttinin layihəsi hazırlanır, vətəndaşların öz sifarişləri və öz vəsaitləri hesabına küçə xətləri çəkilir, müvafiq qaydada istismara qəbul olunur. Həmin küçə xəttinə “Azəriqaz” İB tərəfindən təbii qazın verilməsi təmin olunur, sonra isə yenə də vətəndaşlar fərdi qaydada podratçı təşkilata müraciət etməklə fərdi qazlaşma işlərini həyata keçirir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, fərdi qazlaşma ilə bağlı hər hansı bir dövlət rüsumu yoxdur. “Azəriqaz” İB tərəfindən hər hansı bir ödəniş tələb olunmur və vətəndaşlara da müraciət edirik ki, bu hallarda diqqətli olsunlar, kimsə “Azəriqaz” İB-nin adından hansısa formada sui-istifadə edə bilər. Yenə də qeyd edirik ki, hansısa bir vəsait tələb olunmur. İşlərin görülməsi və onların qiyməti yalnız müstəqil sahibkarlıq subyekti olan podratçı təşkilat arasında olan müqavilə ilə tənzimlənir. Bu qayda ilə ötən illərdə - 2020 və ondan qabaqkı illərdə orta hesabla ölkə ərazisində 30-35 minə yaxın fərdi yaşayış evi qazlaşdırılıb.

Vətəndaşlar “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində podratçı təşkilatların əlaqə nömrələri, ünvanları ilə tanış ola bilərlər. Həmin podratçı təşkilatlarla danışıqlar apararaq görüləcək işlərin qiymətini təyin edirlər. “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərində hansısa ödənişin olması nəzərdə tutulmur. Yalnız podratçı təşkilatla müqavilə şərtlərinə uyğun olaraq qiymətlər müəyyən olunur və həmin o ödənişlər podratçı təşkilatın bank hesabına ödənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            645 24.03.21 12:28