Mojo.az Banner
18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |    
Mojo.az Avto
Mojo.az Avto

30 il sonra Ağdama qayıdan Arif Babayev valideynlərinin məzarını tapa bilmədi (VİDEO)

22.03.2021 23:55 1 473
30 il sonra Ağdama qayıdan Arif Babayev valideynlərinin məzarını tapa bilmədi (VİDEO)
Görkəmli xanəndə, Xalq artisti Arif Babayev 30 illik həsrətdən sonra doğma Ağdam torpağına ayaq basıb.

83 yaşlı Xalq artistinin ən böyük arzusunu Xəzər televiziyasının "Birinci studiya” verilişinin heyəti reallaşdırıb.

Çəkiliş heyəti əvvəlcə sənətkarın ata yurdu olan Sarıhacılı kəndinə baş çəkib.

Xalq artisti doğma torpağını öpərək qovuşduğu günə şükür edib: "Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların qarşısında baş əyməliyik. Qan töküb torpaqlarımızı geri aldılar. Allah ordumuza can sağlığı versin!”

Görkəmli xanəndə kənd qəbiristanlığına gedərək valideynlərinin məzarını axtarsa da, məlum olub ki, qəbiristanlıqda salamat qalmış bir məzar belə qalmayıb. O, gətirdiyi qərənfilləri Qarabağda yatan və illərdir əzizlərini gözləyən bütün vəfat edənlərin adına qırılmış məzar daşlarının üzərinə düzüb.

Arif Babayev, həmçinin Ağdamda xidmət edən hərbçilərimizlə görüşüb, Ağdamın Cümə məscidini ziyarət edib. Canını vətən yolunda qurban verməyə hazır olan hərbçilərimiz üçün dualar edib.

Xatırladaq ki, XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Onun yaradıcılığında "Şur”, "Seygah” muğam dəstgahları, "Arazbarı”, "Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xalq artisti "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenlərinə layiq görülüb.скачать dle 11.3
Mojo.az Banner