Mojo.az Banner
15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Eroziya yandırılmalıdırmı? - Azərbaycanda dəbdə olan prosedur xaricdə yoxdur

22.03.2021 19:39 1 572
Eroziya yandırılmalıdırmı? - Azərbaycanda dəbdə olan prosedur xaricdə yoxdur
Azərbaycanda hər 100 qadından az qala 50-də tapılan uşaqlıq boynu, yolunun eroziyası kimi xəstəlik yandırılmaqla müalicə edilir. Qadının uşaqlıq boynunda istənilən qızarma, qişada dəyişiklik, rəng ginekoloqu dərhal eroziyadan şübhələndirir və çoxu pasiyenti qorxudur: " Səndə eroziya var, gəl əvvəl müalicə edək, düzəlməsə yandırarıq". Qadın isə qorxur: axı niyə məndə bu yaranıb? Yandırmaq qorxulu deyil ki?

Median.Az
bildirir ki, medicina.az-ın araşdırmalarına görə, əslində dünyanın sivil ölkələrində ginekoloqun tapdığı hər simptomu müalicə etməyə gərək yoxdur. Həmçinin o ölkələrdə eroziyanın yandırılması kimi müalicə üsulu yoxdur, olsa da nadir halda tətbiq olunur.

Eroziya məsələsi Rusiya və MDB dövlətlərinin səhiyyəsində daha dəbdədir, indiyə kimi də davam edən yanlış diaqnoz və müalicəsi ilə Avropa və Amerika həkimlərinin təəccübünə səbəb olur.

Uşaqlıq boynu eroziyasına dünyada 2 halda toxunulur: əgər üzdə damarlar varsa və əlaqə zamanı qanaxma verirsə. Bu halda eroziya yandırılır.

İkinci halda, epiteliy qatları çox soyulur və qadın ağ axıntı və selikdən şikayətlənir.

Qalan bütün hallarda eroziya aşkar olunarsa, uşaqlıq boynunun sitoloji analizi aparılır və pasiyentin bu vəziyyəti izlənilir.

Hamıya hər halda eroziya yandırılması təyin etmək olmaz. Bunu demək olar bütün həkimlər bilir. Amma yenə də klinikaların illik pul gəliri dövriyyəsində eroziyanın müalicəsi və yandırılmasından əldə edilən gəlirin miqdarı artır ki, artır.

İkinci əsassız müalicə ureoplazma və mikoplazmanın müalicəsidir. Bu mikroorqanizmlər tranzitorlardır, demək olar bütün insanların cinsiyyət yollarında yaşayır. Onlar ciddi təhlükəli deyil, deyildiyi kimi, sonsuzluğa səbəb olmur. Ağırlaşmalarına da rast gəlinmir.

Eləcə də uşaqlıq boynunda xırda səpki kimi kistləri də açıb əməliyyat etməyə meyillidirlər. Yəni harda kist gördülər, çıxardaq, təhlükəlidir mifi var. Uşaqlıq boynu kistləri xəstəlik deyil, sadəcə vəziyyətdir.

Odur ki, əgər sizdə eroziya tapıb, yandırmağı məsləhət görürlərsə, düşünün və yaxşı olar, ginekoloqunuzu dəyişib, daha modern, müasir protokollarla işləyən həkim tapın.скачать dle 11.3
Mojo.az Banner