18:41 Aktrisa 100 yaşında vəfat etdi  |     18:27 Mirzoyan: "İrəvan və Bakı "3+3" formatında görüşün məkanını müzakirə edirlər"  |     18:20 Rüşvətxorluqda ittiham olunan azərbaycanəsilli iş adamı Yusif Xəlilov həbsdən azad edilib  |     18:11 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     17:57 QHT rəhbəri Nərgiz Muxtarovanın məhkəməsi başladı  |     17:41 Bu körpələr evinin işçilərinin əməkhaqları artırılıb  |     17:29 Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq  |     17:27 Ararat Mirzoyan: "Azərbaycan və Türkiyə Yerevana dəvət olunub"  |     17:07 Azərbaycanda alkoqollu içkilərin istehsalı kəskin azalıb  |     17:03 Hakim ağır cinayətdə ittiham olunan şəxsə bəraət verdi - Qalmaqal yarandı  |     17:02 Azərbaycanın U-17 millisi böyük hesabla uduzdu  |     16:49 Azərbaycanın Təbrizdəki baş konsulu dəyişdi - SƏRƏNCAM  |     16:43 Paytaxtın bəzi ərazilərində qaz olmayacaq  |     16:36 Ramiz Mehdiyevin Rusiyaya yazdığı MƏKTUB - FOTO  |     16:06 Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:56 Qarğabazar karvansarası bərpa olunur  |     15:52 Abşeronda tələbə binadan yıxılaraq öldü  |     14:54 Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi  |     14:49 Hakan Fidanın müavini Bakıya gəlib  |     14:41 Evdən 15 500 manat oğurlandı  |    

İcra başçısının sərvəti və satdığı mülklər (FOTOLAR)

Son vaxtlar ölkədə aparılan islahatlar çərçivəsində bir sıra məmurların sərvəti gündəmə gəlir. Hazırda sosial şəbəkələrdə müzakirə edilənlərdən biri də 10 ildir ki, Şəkidə icra başçısı vəzifəsini yerinə yetirən Elxan Usubovdur.

Qaynarinfo "bakupost.az"a istinadən xəbər verir ki, Elxan Usubovun Bakıda T.Şıxəliyev-6, Şəkidə L.Abdullayev-36, M.Ə.Rəsulzadə-293 ünvanlarında xidməti mənzilləri ilə yanaşı Ağstafada 1, Şəkidə 5 dəbdəbəli malikanəsi olduğu bildirilir.

Bununla yanaşı, icra başçısının Şəkidə süd zavodunun, "Sünbül” çörəkbişirmə sexinin və "Şəki”, "Narınqala”, "Şam bağı”, "Cənnət bağı” kimi otellərinin də olduğu iddia edilir. E.Usubova məxsus daha bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələri var.

"Dağüstü park” deyilən ərazidə "Panaroma” otelinin, Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərinin, Gürcüstanda böyük fındıq zavodunun, KEMİKO CO LTD MMC və A.Q.T.İ.M. MMC şirkətinin də Elxan Usubova aid olduğu haqda məlumatlar yayılıb.

İcra başçısı biznesini xaricə qədər uzadan vəzifəli şəxslərdəndir. Belə ki, onun Belarusda da biznes obyektlərinin olduğu iddia edilir.

İddia edilir ki, Elxan Usubov son vaxtlar mülklərini satışa çıxarıb. Satılan mülklər arasında Şəkidə, M.Ə.Rəsulzadə küçəsində yerləşən və Peterburqdakı "Qış Sarayı”nın oxşarı olan 5 milyon manatlıq villasının da olduğu vurğulanır.

Bundan başqa, icra başçısının Şəkinin Vərəzət kəndi yaxınlığında salınmış 76 ha sahəsi olan və müasir avadanlıqlarla təchiz olunmuş şaftalı bağını dəyərindən ucuz qiymətə, 8.5 milyona satmaq istədiyi bildirilir.

Qeyd edək ki, Elxan Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin mayın 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il may ayının 23-dən isə Şəkinin icra başçısı vəzifəsini icra edir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 17.02.21 21:54