Bakıda 48 yaşlı kişini avtomobil vurdu
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü İbayev Elbrus Məzahir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin çapılmış yarası, diz oynağının əziyi diaqnozları qoyulub.