Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN Sumqayıtda avtobusu qaçıran və insanların həyatına təhlükə yaradan sürücü barədə

09.02.2021 22:45 1 770
DİN Sumqayıtda avtobusu qaçıran və insanların həyatına təhlükə yaradan sürücü barədə
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə seqmentində Sumqayıt Polis İdarəsində vətəndaşın döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı yayılan iddialara cavab verib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır:

“Vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb. Ailə üzvləri ictimai təhlükəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətə uyğun olmayan məlumatlar yayır.
Daha böyük faciə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə taxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifəti sükana dəyib, burun çəpərinin zədələnməsi nəticəsində burun və gözətrafı nahiyədə göyərmə, ödem (şişkinlik) yaranıb".

Vətəndaşın zirzəmidə saxlanmasına toxunan E.Hacıyev əlavə edib ki, o, zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən istintaq təcridxanasına yerləşdirilib:

"Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması ilə nəticələnən hala görə ekspertiza təyin edilib”.скачать dle 11.3
Mojo.az Banner