Mojo.az Banner
20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |    
Mojo.az Avto
Mojo.az Avto

Polis mülki geyimdə də karantin rejiminin pozucularına qarşı tədbir görə bilər - RƏSMİ

21.12.2020 16:44 2 202
Polis mülki geyimdə də karantin rejiminin pozucularına qarşı tədbir görə bilər - RƏSMİ
Mülki geyimli polis əməkdaşlarının karantin rejim qaydaları ilə bağlı inzibati tənbeh tədbirləri görməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır.

İddia edilir ki, mülki geyimli polis əməkdaşları onları saxlayıb, barələrində tədbir görür.

Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, bununla bağlı hər hansı məhdudiyyət yoxdu:

“İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları xidməti və mülki geyimdə fəaliyyət göstərə bilər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur.

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qaydalara əməl etməyən şəxsləri müəyyən etmək üçün polis əməkdaşları qanundan irəli gələn bu təcrübədən istifadə edir.

İnzibati xətanı aşkar edən mülki geyimli polis əməkdaşı xidməti vəsiqəsini təqdim etməklə, inzibati xəta törədən şəxsi müvafiq polis orqanına təhvil verir.

Əsasən tibbi maskalardan istifadə etməyən, sosial məsafəni gözləməyən, aktiv koronavirus xəstələrinin profilaktikasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına zəmin yaradan şəxslər aşkarlanaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür”.скачать dle 11.3
Mojo.az Banner