Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən avtoxuliqanlıq edən şəxsin döyülməsi iddiaları ilə bağlı AÇIQLAMA

09.02.2021 19:06 732
DİN-dən avtoxuliqanlıq edən şəxsin döyülməsi iddiaları ilə bağlı AÇIQLAMA
Bəzi sosial şəbəkə seqmentlərində Sumqayıt Polis İdarəsində vətəndaşın polis tərəfindən döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı iddialar yayılıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

O bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır.

"Vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşaiyət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb. Həmin şəxsin ailə üzvləri ictimai təhülkəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətəuyğun olmayan məlumatlar yayır.

Daha böyük faicə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə tıxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifət nahiyəsi sükana dəyərək, burun çəpərinin zədələnməsi burun və gözətrafı nahiyədə göyərmə, ödem (şişkinlik) yaranıb".

Vətəndaşın zirzəmidə saxlanmasına da toxunan E.Hacıyev əlavə edib ki, o, zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən, istintaq təcridxanasına yerləşdirilib.

Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması ilə nəticələnən hala görə ekspertiza təyin edilib.скачать dle 11.3
Mojo.az Banner