Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkənin ən böyük yarımstansiyası yenidən qurulur - VİDEO

05.02.2021 15:30 2 061
Ölkənin ən böyük yarımstansiyası yenidən qurulur - VİDEO
Ölkənin ən böyük strateji əhəmiyyətli yarımstansiyası hesab olunan və 36 il əvvəl tikildiyindən istismar müddəti başa çatan 500, 330, 220 kilovoltluq “Abşeron” yarımstansiyasını yenidən qurulur.

“AzərEnerji” ASC-dən verilən məlumata görə, bir neçə ay əvvəl başlanan yenidənqurma işləri nəticəsində “Abşeron” yarımstansiyasının 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənməklə yanaşı, paylayıcı qurğuların ərazisi genişləndirilib.

Tikintisi nəzərdə tutulan, Azərbaycan və Rusiya enerjisistemlərini əlaqələndirən ikinci 330 kV-luq “Dərbənd” Hava Xəttinin yuvası quraşdırılıb.

Bütövlükdə Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən üç ədəd 220 kilovoltluq “Xırdalan”, “Müşfiq” və “Hövsan” yarımstansiyaları məhz “Abşeron” yarımstansiyasından qidalanır.

Eyni zamanda Mingəçevir və Şirvan şəhərlərindəki elektrik stansiyalarından gələn 500 və 330 kilovoltluq hava xətləri birbaşa “Abşeron” yarımstansiyasına daxil olur və strateji əhəmiyyətli yarımstansiya “Sumqayıt” Elektrik Stansiyası, “Yaşma”, “Ağsu” və “Qəbələ” yarımstansiyalarını da əlaqələndirir. “Abşeron” yarımstansiyasında yenidənqurma işlərinin cari ilin may ayınadək başa çatdırılması nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner