Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

BMT Azərbaycana 2 milyon dollar ayırdı

02.02.2021 14:59 2 109
BMT Azərbaycana 2 milyon dollar ayırdı
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.

Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, noyabrın 9-da imzalanmış üçtərəfli sazişdən sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, ayrılan vəsait münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq.

“Biz, qadın və uşaqlar da daxil olmaqla əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığmızı davam etdirəcəyik”.

Bu vəsait BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycan hökumətinin dəstəyi ilə münaqişədən zərər çəkmiş ərazilərdə apardığı çevik agentliklərarası qiymətləndirmə missiyasının nəticələrinin əsasında ayrılıb.

Bu günə kimi, BMT-nin Azərbaycandakı Ölkə üzrə İdarə Heyəti dövlət qurumları ilə birgə münaqişədən zərər çəkmiş bölgələrdə bir neçə ilkin ehtiyacların qiymətləndirməsi missiyasını həyata keçirib və aşağıdakı sahələrdə dəstək göstərib:

Səhiyyə: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Əhali Fondu münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan ailələrə fərdi qoruyucu vasitələr və təcili yardım dəstləri çatdırıb, həmçinin COVID-19 və münaqişəyə görə 60 tibb müəssisəsindəki gərgin iş yükünə baxmayaraq, ilkin səhiyyə xidmətlərinin davam etdirilməsini dəstəkləyib.

Sığınacaq və əsas dəstək ləvazimatı: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı çadırlar və yorğan-döşək dəstləri daxil olmaqla qeyri-ərzaq mallarını almaq üçün 1,5 milyon ABŞ dolları ayırıb və hazırda nağd ianələr üçün 400 min ABŞ dolları toplayır.

Psixoloji-sosial dəstək: Müvəqqəti köçkün olan 40 000 insanın əksəriyyəti, xüsusilə uşaqlar, hədsiz stress və narahatlıq keçirib. Tibb işçilərinin ciddi çatışmazlığı və münaqişə bölgələrində psixoloqların olmamasını nəzərə alaraq, ÜST və UNİCEF xəstəxana və məktəblərdə mental sağlamlıq xidmətlərini dəstəkləmək üçün müvafiq təlimlər keçirir.

Ərazilərin minalardan təmizlənməsi: Münaqişədən zərər çəkmiş bəzi rayonlarda minalanmış və partlamamış hərbi sursatların olduğu ərazilərin miqyasını öyrənmək üçün BMT-nin İnkişaf Proqramı (BMTİP) və təşkilatın Mina Əməliyyat Xidməti (UNMAS) ANAMA ilə birgə qiymətləndirmə missiyası həyata keçirib. Hazırda BMTİP, UNMAS və UNICEF mina riski barədə məlumatlılığı artırmaq, minalardan təmizlənmə strategiyasını dəstəkləmək və ANAMA-nın fəaliyyətini gücləndirmək istiqamətində hökumətlə birgə fəaliyyət göstərirlər.

BMT-nin Baş katibi adından Təcili yardım üzrə əlaqələndiricinin idarə etdiyi CERF böhranlardan əziyyət çəkən insanlara kömək ütmək üçün ən çevik və effektiv yollardan biridir. Yarandığı gündən bəri bu Fond 104 ölkə və regionda yüz milyonlarla insana 6,5 milyard ABŞ dollarından çox yardım edib.

Son xəbərlər