Mojo.az Banner
15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azəriqaz”dan sayğaclarla bağlı AÇIQLAMA

01.02.2021 21:42 1 182
“Azəriqaz”dan sayğaclarla bağlı AÇIQLAMA
Müştəri məmnuniyyətini daim üstün tutan "Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən dövlət yoxlanışı üçün sayğacları əvəzləyərkən seçimi abonentlərin ixtiyarına verib. Yəni, abonent əvəzlənəcək sayğacının yerinə tam sərbəst şəkildə ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac istəyə bilər.

Qurumun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu gün Birliyin əməkdaşları əvvəlcədən ödənişli Almaniya istehsalı olan "Zenner” markalı yeni sayğacların quraşdırılması zamanı da bu cür yanaşma nümayiş etdirib. Bundan başqa bir müddət əvvəl istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də bu gündən yeni, əvvəlcədən ödənişli sayğaclar quraşdırılır. Baxmayaraq ki, bu iddialar təsdiqini tapmamışdı, lakin abonent məmnuniyyətini üstün tutaraq "Azəriqaz” İB belə addım atıb.

Qeyd edək ki, artıq əvvəlcədən ödənişli Almaniya istehsalı olan "Zenner” markalı yeni sayğacların 30 min ədədi ölkəyə gətirilib. Daha 30 min ədədi isə sifariş olunub və bu yaxınlarda təhvil alınacaq. Hər gün istismara verilməzdən əvvəl sayğaclar Birliyin Metrologiya Departamentində müasir avadanlıqlarla təchiz olunan laboratoriyada sınaqdan keçirilir. Gündəlik təqribən 500 ədəddən çox sayğac əvəzlənmə əməliyyatları üçün hazır olunur. Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qaydalara əsasən məişət qaz ölçü qurğuları əhali abonent qrupu üçün 5 ildən bir, qeyri-əhali abonent qrupu üçün 3 ildən bir dövlət yoxlanışına açılaraq götürülür, yerinə yenisi quraşdırılır. Bu proses tam ödənişsizdir.

Regionlarda da yeni "Zenner” sayğaclarının quraşdırılması üçün müəyyən qədəri bu gün Gəncə və Ağsu şəhərlərinə yola salınıb. Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriyə sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar.скачать dle 11.3
Mojo.az Banner