Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb |
Mojo.az Avto
Mojo.az Avto

Prezidentdən QHT-lərlə bağlı FƏRMAN

27.01.2021 18:00 2 358
Prezidentdən QHT-lərlə bağlı FƏRMAN
Prezident İlham Əliyevin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanına dəyişiklik edilib.

Bununla bağlı Prezident yanvarın 27-də Fərman imzalayıb.

Fərmana əsasən, QHT-lər qrant müqavilələri, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi barədə Ədliyyə Nazirliyinə məlumat verəcəklər.

Həmçinin işlərin görülməsi haqqında müqavilələri qeydə alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Fərmanla sənədə 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilib. Əlavələrə əsasən, ianəni verən şəxslər barədə məlumatlar da QHT-lər tərəfindən təqdim olunan məlumatlara daxil olacaq. Bu məlumatlar Ədliyyə Nazirliyi tərəfindən qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil ediləcək.

Son xəbərlər