Mojo.az Banner
16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |     13:19 37 yaşlı musiqiçi evində ölü tapıldı  |     13:11 Bakıda səfərdə olan Ermənistanın kəşfiyyat rəhbəri İrəvana niyə gec qayıdıb?  |     13:02 Paşinyan: "İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq"  |     13:01 Azərbaycan nefti bahalaşdı  |     12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |     12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ət və toyuq BAHALAŞACAQ

26.01.2021 22:17 1 479
Azərbaycanda ət və toyuq BAHALAŞACAQ
2019-cu ilin ikinci yarısından başlayaraq Azərbaycanda ət və ət məhsullarının qiymətindəki artım sürətinin bir qədər də güclənməsi müşahidə edilir. Rəsmi məlumatlar göstərir ki, bahalaşma sürətinin artması həm mal ətinin, həm də quş ətinin qiymətində qeydə alınıb.

2019-cu ilin yanvar-iyul dövründə ət və ət məhsulları 1 faiz artdığı halda, ilin sonunda bahalaşma 1,8 faizə yüksəlib. 2020-ci ildə bahalaşma sürəti bir qədər də güclənərək 3 faizi ötüb. Ötən ilin yekunlarına görə, ət və ət məhsullarının qiyməti orta hesabla 3,3 faiz artıb.

Konkret mal qrupları üzrə götürdükdə 2019-cu ilin iyulunda orta qiyməti 10,1 manat olan sümüklü mal ətinin dəyəri 2020-ci ilin dekabrında 10,7 manata çatıb. Müqayisə edilən dövrdə sümüklü qoyun ətinin orta qiyməti 11,20 manatdan 11,9 manata yüksəlib. Toyuq ətinin qiyməti sabit qalıb. Dekabrda toyuq ətinin orta qiyməti 4,6 manat olub. Toyuq budunun qiyməti 2,9 manatdan 3,7 manata, suda bişmiş kolbasanın dəyəti 9,6 manatdan 10,2 manata, sosiskanın qiyməti 9,3 manatdan 10,2 manata yüksəlib.

Median.Az bildirir ki, son ilyarımda ət və ət məhsullarının bahalaşmasının səbəbi dünyada taxıl və soya məhsullarının qiymətinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi ilə əlaqədardır. Adıçəkilən bitki məhsullarının bahalaşması heyvan yemlərinin qiymətinin artması ilə nəticələnir ki, bu da öz növbəsində ətin bahalaşmasına əsas yaradır.

Beynəlxalq birja məlumatlarına əsasən, buğdanın qiyməti son bir ildə 13 faiz, son 3 ildə 46 faiz yüksəlib. Qarğıdalının qiyməti bir ildə 34 faiz, son 3 ildə 43 faiz, soyanın dəyəri son bir ildə 49 faiz, 3 ildə 36 faiz artıb. Bu məhsullar mal və quş yemlərinin hazırlanmasında əsas xammal kimi istifadə edilir. Buna görə də onların bahalaşması son bir-iki ildə ət və ət məhsullarının dəyərini yüksəldib.

Bəs, bundan sonra bahalaşma davam edə bilərmi? Yaranmış vəziyyət göstərir ki, adıçəkilən bitkiçilik məhsullarının dəyərinin yaxın aylarda ciddi enməsi real deyil. Çünki 2019-cu və 2020-ci ildə taxıl və soya məhsulları yetişdirilən ölkələrdə ciddi quraqlıq müşahidə edilib. Quraqlıq məhsuldarlığı xeyli dərəcədə azaldıb və bunun sayəsində yığılan ümumi məhsulun miqdarı azalıb. 2020-ci ildə quraqlıqla yanaşı sərt karantin qaydaları da məhsul istehsalına mənfi təsir edib. Ötən il tətbiq edilən məhdudiyyətlər iqtisadi fəaliyyətə çətinliklər yaratdığından kənd təsərrüfatı məhsullarının istehsalı azalıb. Hər iki amil satışa təklif edilən məhsulların miqdarının xeyli azalmasına səbəb olub ki, bu da qiymət artımlarını dəstəkləyib.

2020-ci ildə istehsal edilən məhsul 2021-ci ilin birinci yarısına qədər olan tələbatı ödəyir. Bu ilin yeni məhsulu ikinci yarımildə bazarlara çıxarılacaq. Buna görə də ən yaxşı halda ilin ikinci yarısına qədər yem qiymətlərinin və ətin bahalaşması davam edəcək.

Azərbaycan quş yemlərinin böyük hissəsini idxal edir. Mal yemlərinin isə az hissəsini xaricdən gətirir. Lakin dünyada baş verən qiymətlər birbaşa və dolayı şəkildə daxili bazarlardakı qiymətlərə təsir etdiyindən bahalaşmadan qaçmaq mümkün olmur. İndiki vəziyyətdə bahalaşmanı bir qədər azaltmaq üçün yeganə yol idxal edilən bütün yemlərin gömrük rüsumu və vergidən azad edilməsidir.скачать dle 11.3
Mojo.az Banner