Mojo.az Banner
11:42 34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi - FOTO  |     11:39 Türkiyədə evlilik dələduzluğu: Azərbaycanlı qadın və şəriki həbs olundu  |     11:35 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:34 Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb  |     11:00 Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq  |     10:57 Venesuelada zəlzələ nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI  |     23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |     22:35 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçildi  |     22:30 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək  |     22:16 Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA  |     22:08 Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək  |     22:03 Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı  |     21:57 "Qiyamət günü" radiosu işə düşdü - Bu mesajları ötürdü  |     21:39 Leyla Əliyeva Fatimənin yeni mahnı təqdimatında - VİDEO  |     21:34 “Qarabağ”dan bu yayın 6-cı transferi - RƏSMİ  |     21:28 Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı  |     21:20 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ  |    
Left Banner
Right Banner

Qürur və dərd: "Şəhidlər arasında adı olub, özü olmayan mənim qardaşımdır" - FOTO

20.01.2021 20:44 2 325
Qürur və dərd:
"Şəhidlər arasında adı var, amma özü yoxdur. Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. Buraya tez-tez gəlirəm. Buraya gələndə təsəlli tapıram".

20 Yanvar faciəsinin qurbanları Şəkidə də böyük ehtiramla yad edilibər. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarından rayon sakinləri pandemiya qaydalalarını qorumaqla Şəhidlər xiyabanını ziyarət ediblər. Sakinlər əvvəlki illərdən fərqli olaraq bu il şəhid məzarlarını başıuca və alnıaçıq ziyarət etdiklərini bildiriblər. Buna səbəb kimi isə 44 günlük müharibədə şəhidlərimizin qisasının alınmasını göstərirlər.

Rayon sakini Arifə Rəfiyeva Sputnik Azərbaycan-a bildirib ki, hər il Şəhidlər xiyabanını ziyarət edir: “Burada uyuyanlar bizim müstəqilliyimiz üçün canlarından keçiblər. Şəxsən mən hər il həyat yoldaşımla birgə buraaya gəlirəm. Şəhidləri yad etmək bütün vətəndaşların borcudur”.


Qardaşı Birinci Qarabağ müharibəsində itkin düşən Lətafət Cabbarova isə hər il olduğu kimi bu gün də nəvələri ilə birlikdə Şəhidlər xiyabanına gəlib. O da buraya üz tutduqda xeyli təsəlli tapdığını deyir: “Buradakı şəhidlərin arasında adı olub, özü olmayan Etibar Səmədov mənim qardaşımdır. Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. Buraya tez-tez gəlirəm. Buraya gələndə təsəlli tapıram. Həmçinin, yeni salınmış şəhidliyə də tez-tez baş çəkirəm”.

Havanın qeyri-sabit, şaxtalı və çovğunlu olması da sakinlərin Şəhidlər xiyabanını ziyarət etməsinə mane ola bilməyib. Rayon sakini Bəhram Nurəhmədoğlu da yağıntılı havada şəhidlərin uyuduğu bu yerə ziyarətə gələnlərdəndir: “Buradakı şəhidlər müstəqilliyimiz, azadlığımız üçün canlarından keçiblər. Onları daim yad eləmək hamımızın borcudur. Buna istər yağış, istər qar, istərsə də hər hansı vasitə mane ola bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Hazırda da Şəhidlər xiyabanına axın davam edir.скачать dle 11.3
Mojo.az Banner