Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Vergi Xidmətinin kollektivi Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanını ziyarət edib

11.02.2025 15:10 1 344
Dövlət Vergi Xidmətinin kollektivi Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanını ziyarət edib
Dövlət Vergi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bu barədə xidmət məlumat yayıb.

Bildirilib ki, fevralın 11-də - Vergi Xidməti İşçilərinin Peşə Bayramı Günündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə qızılgül dəstələri düzüblər. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.

Daha sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edib, məzarların üzərinə al qərənfillər düzüblər. "Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyulub.

Son xəbərlər