Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb |
Mojo.az Avto
Mojo.az Avto

“Modern Diplomacy” Qarabağ münaqişəsinin bitməsi ilə yaranan yeni regional enerji əməkdaşlığı imkanından yazır

25.12.2020 21:33 1 269
“Modern Diplomacy” Qarabağ münaqişəsinin bitməsi ilə yaranan yeni regional enerji əməkdaşlığı imkanından yazır
Avropanın media platforması olan “Modern Diplomacy” Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə regionda yaranan yeni enerji əməkdaşlığı imkanından bəhs edən məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə noyabr ayında əldə olunan və dünyanın ən uzun müddət davam etmiş münaqişələrindən birinə son qoyan razılaşmanın bütövlükdə Qafqaz regionuna sabitlik gətirəcəyi bildirilir. Qeyd olunur ki, münaqişənin başa çatması ilə regionda çox böyük yeni enerji əməkdaşlığı imkanı yaranıb. Bu yeni əməkdaşlıqdan nəinki bütün region, dünya faydalanacaq. Hətta Ermənistan da bu əməkdaşlıqdan ən çox faydalanan tərəf ola bilər. Belə ki, blokada vəziyyətində olan bu ölkə üçün enerji təchizatı böyük problemdir. Ermənistan sovet dövrünün qalığı və dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olan Metsamordan istifadə etməyə məcburdur. Çernobıl kimi Metsamor stansiyası da köhnə və təhlükəli üsulla idarə olunur. Həmçinin Fukuşima kimi dünyanın ən seysmik zonalarından birində yerləşməsi bu təhlükəni daha da artırır. 1988-ci il zəlzələsindən sonra stansiya fəaliyyətini dayandırıb və enerji ehtiyaclarına görə 1995-ci ildə yenidən işə salınıb. 2004-cü ildə Avropa İttifaqı Metsamor stansiyasının bütün bölgə üçün təhlükə törətdiyini bildirib. 2011-ci ildə “National Geographic” Metsamoru dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb. Bu gün Ermənistanın ümumi elektrik enerjisinin 30 faizindən çoxu nüvə bombası kimi təhlükəli olan bu stansiyadan asılıdır.

Məqalədə Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikilməsi yüksək qiymətləndirilir. Qeyd olunur ki, son illər Azərbaycanda çoxlu su elektrik stansiyaları, külək stansiyaları və günəş elektrik stansiyaları tikilib. Bu stansiyalar sayəsində 2030-cu ilə qədər ölkədə istehsal olunan enerjinin 30 faizi bərpa olunan enerjidən əldə ediləcək.

Son xəbərlər