Mojo.az Banner
21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |     20:49 Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?  |     20:44 171 illik planet iddiası çökdü: Heç vaxt mövcud olmayıb  |     20:36 Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?  |     20:31 6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar (VİDEO)  |     20:23 Bu dağların altında nəhəng "təmiz enerji" ehtiyatları tapıla bilər  |     20:17 Əlavə xərc çəkmədən praktik qarderob yaratmağın yolları açıqlandı  |     20:14 Məşhur aktyor vəfat etdi  |     20:09 Alimlər həftələrlə təsir edən lokal anesteziya hazırladı  |     20:04 Sədərək Ticarət Mərkəzində avtobus aşdı - VİDEO  |     19:55 Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Meksika mətbuatında Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib - VİDEO

04.08.2020 16:31 1 473
Meksika mətbuatında Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib - VİDEO
Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində ispan və ingilis dillərində “Enerji və ərazi mübahisələri Qafqazda müharibənin yenidən başlanması təhdidini yaradır” başlıqlı məqalə dərc edilib.

Baku TV xəbər verir ki, məqalədə ilk olaraq, Ermənistan və Azərbaycan arasında son hərbi toqquşmanın Qafqazda yeni müharibə ilə nəticələnə biləcəyi ilə əlaqədar dünya ictimaiyyətinin narahatlığına səbəb olduğu bildirilir.

Silahlı qarşıdurmanın iki ölkənin sərhədində baş verdiyi qeyd olunur və bu dəfə münaqişəyə yeni bir faktorun cəlb olunduğu, toqquşmanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropanı birləşdirən strateji enerji və nəqliyyat layihələrinin yaxınlığında qeydə alındığı, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli payı olan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu xətti üçün təhdid olduğu qeyd edilir.

Materialda Dağlıq Qarabağın Azərbaycana məxsus olmasının beynəlxalq ictimaiyyət, habelə Meksika tərəfindən tanındığı vurğulanır.

Sonda regionda Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, bu xüsusda TAP və TANAP boru kəmərləri layihələrinin əhəmiyyəti barədə məlumat verilib.

Məqalədə əsas illüstrativ material kimi Ermənistan tərəfinin artilleriya hücumu nəticəsində Tovuz rayonu ərazisində dağıntıya məruz qalmış dinc yaşayış evinin fotoşəkli əksini tapıb.скачать dle 11.3
Mojo.az Banner