Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

İsveçin nüfuzlu analitik platformasında İlham Əliyevə həsr olunmuş məqalə dərc edilib

15.08.2025 21:17 750
İsveçin nüfuzlu analitik platformasında İlham Əliyevə həsr olunmuş məqalə dərc edilib
İsveçin "Agenda Nexus" analitik platformasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş məqalə dərc edilib. Materialın müəllifləri Azərbaycan Prezidentini Cənubi Qafqazda siyasi tarazlığın əsas memarı adlandırırlar.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Azərbaycanın maraqlarını müdafiə etdiyi, paytaxt Bakının regional siyasətdə rolunu gücləndirmək üçün incə diplomatiya, fəal addımlar atdığı bildirilir.

Məqalədə Cənubi Qafqazda vasitəçi rolunu möhkəmləndirməyə ümid edən Rusiyanın mövqeyinə xüsusi diqqət yetirilir. Qeyd edilib ki, Prezident İlham Əliyevin strateji manevri Moskvanı bir kənarda qoydu. Materialda yazılır ki, Moskva üçün vəziyyət regionda təsirinin zəifləməsi ilə mürəkkəbləşib və əlavə edilir ki, bu fonda Zəngəzur dəhlizi Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün potensial alət kimi xüsusi əhəmiyyət kəsb edir.

Məqalədə Azərbaycan Prezidentinin xarici siyasət manevrlərinə, o cümlədən Ukraynaya dəstək, Fransa ilə diplomatik qarşıdurma və Avropaya yönəlmiş iqtisadi modernləşmə kursuna xüsusi diqqət yetirilir. Müəlliflərin fikrincə, iqtisadi artım, irimiqyaslı infrastruktur layihələri, milli özünəməxsusluğun möhkəmlənməsi sayəsində Azərbaycan dövlətinin başçısı öz ölkəsinin əhalisi arasında yüksək etimad reytinqini qoruyub saxlayır.скачать dle 11.3
Mojo.az Banner