Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyevin müsahibəsi dünya mətbuatında

02.10.2021 17:33 1 176
İlham Əliyevin müsahibəsi dünya mətbuatında
Prezident İlham Əliyevin İspaniyanın EFE agentliyinə müsahibəsi dünya mətbuatında geniş işıqlandırılıb.

İsveçrənin Yayım Korporasiyasının vahidi olan “Swissinfo” İlham Əliyevin müsahibəsinə yer verib.

Məqalədə İlham Əliyevin Ermənistanla normal münasibətlərin qurulması üçün danışıqlar aparmağa hazır olduğu göstərilib.

Paraqvayın “abc.com.py” nəşri də İlham Əliyevin müsahibəsinə diqqət çəkib.

“Azərbaycan Prezidenti Avropaya qaz tədarükünü artırmağa hazırdır” başlıqlı məqalədə İlham Əliyevin Cənub Qaz Dəhlizinin əhəmiyyəti ilə bağlı fikirlərinə yer verilib.

Argentinanın “İnfobea” nəşri Prezidentin müsahibəsini işıqlandırıb. Məqalə “İlham Əliyev Ermənistan lideri ilə danışmağa və sülh müqaviləsi imzalamağa hazırdır” başlığı ilə yayımlanıb.

İlham Əliyevin müsahibədə səsləndirdiyi “Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik” fikirlərinə yer verilib.

İspaniyanın “Eldiario.es” saytında İlham Əliyevin Ermənistanla sülh üçün şərtlərinə yer verilib.

“Expansion.com” saytı İlham Əliyevin Azərbaycan qazının Avropa bazarlarına tədarükü barədə dediklərinə geniş yer verib.

“Efs.efeservicios.com” saytı İlham Əliyevin Qarabağda statusun yolverilməzliyinə dair açıqlamasını qabardıb.

Qeyd edək ki, İlham Əliyev müsahibədə bildirib:

“Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.

Bundan əlavə İspaniyanın EFE agentliyi özü də İlham Əliyevin müsahibəsindən çoxsaylı çıxarışlar edib.скачать dle 11.3
Mojo.az Banner