Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Metyu Brayza: “Ermənistan hələ də məğlubiyyətin şokundadır”

04.03.2021 20:37 801
Metyu Brayza: “Ermənistan hələ də məğlubiyyətin şokundadır”
“Qarabağdakı atəşkəsə dair 10 noyabr bəyanatı sülhün təməli ola bilər. Açıqlamalardan görünür ki, müzakirələr təməl prinsiplərə dair aparılıb. Amma Paşinyan Ermənistan baş naziri kürsüsündən getsə, hakimiyyətə gələcək qüvvələr əldə edilmiş razılaşmaları pozmaqla buna mane ola bilər. Halbuki həmin razılaşma regional layihələr, o cümlədən Şərq-Qərb enerji dəhlizi çərçivəsində çox geniş imkanlar açır”.

“Report” xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, hazırda “Atlantik Şura”nın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayza Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqazda yeni reallıqlar: perspektivlər və təhlükələr” adlı vebinarda bildirib.

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra həm də Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair saziş imzalandı. Bu, iki ölkə arasında münasibətlər tarixinin yeni səhifəsidir. Bütövlükdə regional layihələr həm Azərbaycanla Türkiyə, həm də regiondakı iqtisadi əlaqələrə daxil olmaq fürsəti qazanan Ermənistan üçün geniş imkanlar yaradır. Amma bunun üçün maneələr var. Gördüyümüz kimi, Ermənistan hələ də bu cür üçtərəfli format çərçivəsində əməkdaşlığı qavraya bilməyərək müharibədəki məğlubiyyətin yaratdığı şokdadır” – deyə ekspert vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner