Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Brayza: “Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməyərək mülki əhalinin ölməsini istəyir”

24.04.2021 13:25 708
Brayza: “Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməyərək mülki əhalinin ölməsini istəyir”
Ermənistanın Naxçıvan dəhlizini özünün ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışması ölkə rəhbərliyinin 10 noyabr 2020-ci il razılaşmasından çıxmaq cəhdlərindən irəli gəlir.

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, uzun illər müxtəlif ideoloji miflərlə bəslənən və müharibə dövründə aldadılan Ermənistan əhalisi indi müharibənin nəticələrini şok içərisində anlamağa başlayıb və bu razılaşmadan tamamilə çıxmağa çalışır.

“Bu, (Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilməsi – red.) tamamilə yanlışdır. Ermənistan 10 noyabr bəyanatında buna razılaşıb. Onuncu maddə açıq şəkildə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə əlaqələndirəcək dəhliz barəsindədir. Bu isə elə Ermənistan ərazisi ilə mümkündür. Bu, o demək deyil ki, Azərbaycan leqal mənada dəhlizə nəzarət əldə edəcək. Bəyanat deyir ki, Azərbaycan bu dəhlizdən istifadə edə biləcək, bu onun ərazisi olmayacaq. Ona görə də mən dəhlizin Ermənistanın ərazi bütövlüyünə təhdid olması ilə bağlı bəyanatları Ermənistan rəhbərliyinin imzalanan bəyanatdan geri çəkilmək cəhdi kimi şərh edirəm.

Düşünürəm ki, Prezident İlham Əliyevi əsəbiləşdirən də bu idi. O, deyəndə ki, razılaşma razılaşmadır, biz dəhlizi bu və ya digər yolla reallaşdıracağıq, bu əsəbiliyi anlayıram. Bilirsiniz, bütün Ermənistan siyasi, psixoloji böhran içərisindədir, onlar müharibəni uduzduqlarına inana bilmirlər. Onlar on illər boyu bu cür yanlış ideoloji miflərlə bəsləniblər ki, orduları məğlubedilməzdir, Azərbaycan hərbçiləri döyüşə bilmir. Onlara müharibə dövründə də yalan danışılırdı. İndi bütün bunları şok içərisində anlamağa başlayırlar və 10 noyabr bəyanatından tamamilə çıxmağa cəhd edirlər. Düşünürəm ki, buna icazə verilməməlidir”, - Brayza qeyd edib.

Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritəsini verməməsinə münasibət bildirən sabiq səfir qeyd edib ki, bu davranış qəzəblənmiş ölkənin Azərbaycanın mülki əhalisinin hansısa yolla ölməsini istəməsindən qaynaqlana bilər və beynəlxalq humanitar qanunlara ziddir.

“Beynəlxalq təcrübəyə, humanitar qanunlara əsasən, minaları döşəmiş ölkənin xəritəni təqdim etmək öhdəliyi var. Mən hüquqşünas deyiləm, amma anladığım budur ki, Ermənistan bu xəritələri təqdim etməyərək beynəlxalq qanunları pozur. Ermənistanın niyə bu cür davranmaq istəyə biləcəyini təsəvvür edə bilmirəm, yeganə səbəb o görünür ki, qəzəblənmiş ölkə Azərbaycanda mülki əhalinin hansısa yolla həlak olmasını istəyir. Ermənistan bu xəritələri təqdim etməlidir”, - deyə M. Brayza bildirib.скачать dle 11.3
Mojo.az Banner