Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar | 12:38 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq |
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusa yoluxmuş Qurban Qurbanovdan xəbər var

14.12.2020 19:17 3 066
Koronavirusa yoluxmuş Qurban Qurbanovdan xəbər var
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun sonuncu koronavirus testinin cavabı mənfi olub.

Bu barədə “Report”a Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl məlumat verib.

O bildirib ki, 48 yaşlı mütəxəssis karantin müddətini tamamlamadığı üçün komandanı məşqlərə çıxara bilmir: “Onun testi neqativdir və hazırda özünü yaxşı hiss edir”.

Çəlikəl Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyədə İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə matçdan əvvəl koronavirus aşkarlanan Abbas Hüseynovun hələ İstanbulda olduğunu söyləyib: “O da karantin müddəti başa çatandan sonra test verəcək və mənfi olacağı təqdirdə Bakıya qayıdacaq”.

Klub rəsmisi komandada yeni yoluxma halının aşkarlanmadığını, Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Kevin Medina və Mahir Emrelinin təcrid olunduqlarını vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ”nin qonağı olacaq. Görüş dekabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Son xəbərlər