Mojo.az Banner
23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |    
Left Banner
Right Banner

Qurban Qurbanovdan təqdirəlayiq ADDIM

17.08.2019 20:13 2 071
Qurban Qurbanovdan təqdirəlayiq ADDIM
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu mövsümdən başlayaraq ilk dəfə olaraq əlavə 5 gənc futbolçunu əsas komandada oynatmaq qərarı verib.

Median.Az qol.az-a istinadən xəbər verir ki, onların hamısı dünən “Keşlə”yə qarşı keçirilən 2019/20 Azərbaycan Premer Liqasının ilk turunda (1:0) iştirak ərizəsində yer alıblar. Söhbət aşağı yaş qrupları üzrə milli komandaların da üzvü olan 21 yaşlı İsmayıl İbrahimli (yarımmüdafiəçi), 20 yaşlı Hacıağa Hacılı (yarimmüdafiəçi), 19 yaşlı Nicat Mehbalıyev (qapıçı), 18 yaşlı Toral Bayramov (hücumçu) və 17 yaşlı Musa Qurbanlıdan (hücumçu) gedir. Adları çəkilənlərdən İsmayıl İbrahimli dünən gənc futbolçu limitinə görə əsas heyətdə də oynayıb. 90 dəqiqə meydanda olan İsmayıl yaxşı oyunu ilə diqqət çəkib və həm də komandasının qələbə qolunun müəllifi olub.

İsmayıl və “Qəbələ”dən transfer olunan Hacıağa Hacılı ötən mövsümdə də “Qarabağ”ın əsas komandasının oyunçuları kimi Premyer Liqa matçlarına sifariş olunub. Nicat, Toral və Musa isə bu mövsümdən rəsmi olaraq əsas komandaya düşüblər və ilk dəfə Premyer Liqada debüt etmək imkanı qazanıblar.
Qeyd edək ki, bu üç futbolçu, həmçinin İsmayıl son 3 ili “Qarabağ”ın aşağı yaş qruplarında keçiriblər. Bundan başqa, “Qarabağ”da 22 yaşlı Mahir Emrelinin də yer aldığını nəzərə alsaq, əsas komandada yaşı 17-22 arası olan futbolçuların sayı 6-ya çatır.

Əlbəttə, “Qarabağ”dakı güclü rəqabət, həmçinin yüksək nəticə tələbi səbəbindən hələlik lazımi təcrübəsi olmayan bu futbolçuların hər birinin bu mövsüm daim oynayacağını düşünmək doğru olmaz. Güman ki, Q.Qurbanov mövsümün gedişatında onlara fərqli matçlarda sonradan meydana buraxmaqla şans verəcək. Bununla belə, istənilən halda Q.Qurbanovun ilk dəfə olaraq bu qədər gənci əsas komandaya cəlb etməsini müsbət fakt, alqışlanacaq addım kimi qiymətləndirmək olar. İnanmaq istərdik ki, onlar “Qarabağ”dakı təcrübəli yerli və legionerlərin yanında oynayıb təcrübə qazanacaqlar və yaxın gələcəkdə futbolumuzda yaxşı oyunları ilə fərqlənən yeni gənc simalar olacaqlar.скачать dle 11.3
Mojo.az Banner