Mojo.az Banner
22:49 Xalq artisti oğluna gəlinsiz toy etdi (VİDEO)  |     22:44 Xanım sahibkar 40 min dollar cərimələndi  |     22:36 Alimlər kosmosda qalaktikaları məhv edən güclü küləklər aşkar etdi  |     22:31 Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir  |     22:24 Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq?  |     22:18 UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq  |     22:09 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq  |     22:09 Energetik içkilər adi sərinləşdirici içki deyil: İstehlakçılar nələrə diqqət etməlidir? - Video  |     21:44 Universitet müəllimi vəfat edib - FOTO  |     21:43 "Beniz"in işində şahid məcburi məhkəməyə gətiriləcək  |     21:43 Bakıda 6 avtomobildən oğurluq edildi  |     21:41 Məktəbdə ciddi nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı, məhkəmə qərarı qüvvədə saxladı  |     20:48 Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək  |     20:43 Qubada istirahət mərkəzi su altında qaldı - Video  |     20:37 Qəbələdə yanğın oldu  |     20:29 "Telegram" bir həftəlik bloklandı - Hindistanda  |     20:24 Sabah 35° isti olacaq  |     20:15 Filippindəki zəlzələdə ölənlərin sayı artdı  |     20:10 Ölkəyə və ölkədən pul köçürmələrinin məbləği açıqlandı  |     20:02 Aqil Şərifova hökm oxundu  |    
Left Banner
Right Banner

Mütəxəssis: "Danışanda maskanı çıxarmaq virusun yayılmasına rəvac verir"

12.12.2020 21:19 2 979
Mütəxəssis:
"Dəfələrlə deyildiyinə baxmayaraq, bəzi insanlar maskadan düzgün istifadə etmir: maskanı çənənin üstündə gəzdirir, vaxtlı-vaxtında dəyişmir, günlərlə eyni maskadan istifadə edirlər, çirklənmiş maskaları hara gəldi atırlar və bəzi hallarda qarşısındakı insan ilə danışdıqda maskanı çıxarırlar. Bununla da virusun yayılmasına rəvac verirlər".

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova deyib.

Həkim bildirib ki, koronavirus əleyhinə hazırlanan vaksinlərin əhali arasında tətbiqinə hələ başlanılmadığı üçün bütün dünyada yoluxmaların sayında sürətli artım müşahidə olunur: "Hər şeydən əvvəl, insanlar pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə etməlidir".

Onun sözlərinə görə, infeksiyanın yayılma səbəblərindən biri də insanlar arasında virusa inanmamaq kimi düşüncənin, virusun onlara keçməyəcəyi ilə bağlı arxayınlaşmanın yaranmasıdır: "Onlar karantin rejiminin, bəzi məhdudiyyət tədbirlərinin yumşaldılmasından sonra virusla mübarizə qaydalarına əməl etmək, infeksiyadan qorunmaq istəmirlər. Çox təəssüf ki, bir sıra obyektlərdə insanlar maskadan yalnız cəriməyə düşməmək üçün istifadə edirlər.

Payız aylarında yenidən artmağa başlayan koronavirus hadisələrinin sayı yeni antirekord rəqəmlərə çatıb. Buna səbəb respirator xəstəliklərin məhz bu aylarda artmasıdır. Risk kateqoriyasına daxil olan insanlar: yaşlılar, yanaşı xəstəlikləri olan insanlar özlərini daha çox qorumalıdır. Zərurət olmadıqda evdən çıxmamalıdırlar.

Son vaxtlar tez-tez eşitdiyimiz xəbərlərdən biri də odur ki, koronavirus xəstələri evdə müalicə alarkən təcrid olunmaqdansa, həyətə, küçəyə, marketə çıxır və ətrafdakı insanları yoluxdururlar. Hətta, işə gedən belə xəstələr haqqında da faktlar vardır. Bu yolverilməzdir! Düzdür, onlar inzibati qaydada cəzalandırılır, lakin başqalarına verdikləri zərər ölçüyə gəlmir, heç bir çərçivəyə sığmır".

G. İmanova bildirib ki, xəstəliyin yayılma səbəblərindən biri də ara məsafənin saxlanmamasıdır: "İctimai nəqliyyatdakı vəziyyət də göz qabağındadır. Maskalardan düzgün istifadə olunmur, ara məsafə gözlənilmir, tutacaqlardan istifadədən sonra əllər spirtlə təmizlənmir. Əhali arasında maarifləndirmə işləri aparılsa da, yığıncaqlar təşkil edilir, təbii ki, belə məclislərdə insanlar bir-biri ilə yaxın təmasda, ünsiyyətdə olur və nə maska, nə əl yumaq, nə də ara məsafə yada düşür. Mütəxəssislər hələ pandemiyanın müəyyən müddət davam edəcəyini vurğulayırlar. Koronavirusa qarşı vaksinlərin kütləvi tətbiqinə qədər hər bir şəxs tələb edilən qaydalara ciddi şəkildə riayət etməli və unutmamalıdır ki, əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır".скачать dle 11.3
Mojo.az Banner