Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA

19.09.2020 14:14 3 117
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
“Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına nəzarət etməsi xahiş olunur. Əks təqdirdə bu metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir:

“İstər metropoliten əməkdaşları, istərsə də polislər sərnişinlərə platformalarda tibbi maskaları təyinatına uyğun şəkildə taxmalarını tövsiyə edir. Tibbi maskanın istifadə qaydası yuxarı tənəffüs yollarını qorumaqdır. Əgər sərnişin maskanı çənəsinin altında saxlayırsa və ya burnunu bağlamayacaq tərzdə taxırsa, onun heç bir mənası olmur. Bu sadəcə aksessuara çevrilir.

Biz bütün sərnişinlərdən xahiş edirik, təkcə platformada deyil, qatarlara minərkən də maskaları təyinatına uyğun taxın. Çünki, maskadan istifadə etməmək virusun yayılmasına zəmin yaradır. Bu isə maskadan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olur. Sərnişinlər karantin qaydalarına ciddi nəzarət etməzsə, bu hal, metronun yenidən bağlanmasına şərait yarada bilər”.скачать dle 11.3
Mojo.az Banner