Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb | 17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi

12.12.2020 17:48 2 810
Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi
Bu gün güləş üzrə Fərdi Dünya Kuboku başlayıb.

İlk yarış günündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub.

İslambek Dadov təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib.

Ülvü Qənizadə debütdə Fransa, Sənan Süleymanov Almaniya, İslam Abbasov isə Əlcəzair güləşçisinə məğlub olub.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər