Mojo.az — elanlar
Son Xəbərlər
14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan Azərbaycanın tarixi zəfəri barədə: “Minsk Qrupu nəticə göstərmədi, biz bunu izlədik” - VİDEO

11.12.2020 17:01 1 257
Ərdoğan Azərbaycanın tarixi zəfəri barədə: “Minsk Qrupu nəticə göstərmədi, biz bunu izlədik” - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlama verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Türkiyə lideri Azərbaycanda keçirilən Zəfər paradından, iki qardaş ölkə arasındakı münasibətlərdən bəhs edib:

“Azərbaycan bizim üçün qardaş ölkədir. Ermənistan 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Azərbaycanlı qardaşlarımız bu müddətdə çox səbr etdilər, işğal nöqtəsində Minsk Qrupu (ATƏT), təəssüf ki, gözlənilən nəticə göstərmədi, ədalətli nəticə əldə edilmədi, biz bu müddəti izlədik.

Amma dünən Azərbaycanda qardaşlarımızın həyəcanı, coşqusu, doğrudan da, çox fərqli idi. Azərbaycan lideri İlham Əliyev qardaşım, dəyərli həyat yoldaşı, mən və həyat yoldaşım, bütün heyətimiz orada, həqiqətən, Azərbaycan və Türkiyənin bir yerdə olmasının ən gözəl nümunələrini göstərdik.

Bundan sonra da, birlikdə atacağımız addımları bağladığımız müqavilələrlə də təsdiqlədik.

Bu mərhələni qərarlı şəkildə davam etdirəcəyik”.

Son xəbərlər