Mojo.az Banner
23:01 Şəffaf telefon örtükləri niyə zamanla saralır və bulanıqlaşır?  |     22:45 Türkiyədə azərbaycanlı gənc öldürüldü  |     22:38 Mərkəzi Bank mühüm qərar açıqlayacaq - Bu tarixdə  |     22:33 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:25 Baba nəvəsini yumruqladı: "Əsəblərimə hakim ola bilmədim"  |     22:20 Bakıxanovun evi dağılır - Video  |     22:13 Nəsimi rayonundakı mübahisəli tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA  |     22:08 İnsanlar musiqini necə kəşf edib? - Alimlər açıqladı  |     22:01 Paşinyan Putinə Rusiya vətəndaşı olan ermənilərin Baş nazir olmasının mümkünsüzlüyündən bəhs etdi  |     21:56 Tramp ABŞ prezidentləri arasında ilkə imza atdı  |     21:49 Siyəzəndə qadın dəm qazından boğuldu  |     21:44 Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video  |     21:39 Hörmüz böhranının Azərbaycana təsirləri: "Bu maşınların qiyməti cüzi arta bilər"  |     21:34 Bitcoin canlanır: Trampın açıqlaması qiymətləri artırdı  |     21:26 Bu qurum ləğv edilir  |     21:21 Sabah hava necə olacaq?  |     21:15 Azərbaycanda plastik əməliyyatlar sığorta ilə olacaq  |     21:08 Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir?  |     21:01 Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti  |     20:56 Zaxarova Azərbaycana təşəkkür etdi  |    
Left Banner
Right Banner

“Human Right Watch” Ermənistanın mülki əhaliyə qarşı qadağan edilmiş silahdan istifadə etdiyini təsdiqləyib

30.10.2020 12:42 1 020
“Human Right Watch” Ermənistanın mülki əhaliyə qarşı qadağan edilmiş silahdan istifadə etdiyini təsdiqləyib
“Human Right Watch” beynəlxalq insan haqları təşkilatı işğalçı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair açıqlama yayıb.

Bu barədə məlumat təşkilatın saytında dərc edilib.

Təşkilat qeyd edir ki, Ermənistan silahlı qüvvələri 28 oktyabr 2020-ci il tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr qərbdə yerləşən Bərdə şəhərini beynəlxalq səviyyədə qadağan edilmiş uzun mənzilli kasetli raketlərdən atəşə tutub.

Hücum nəticəsində 21 mülki vətəndaşın həlak olduğu, 70 nəfərin xəsarət aldığı bildirilir.

“Human Right Watch” təşkilatının nümayəndələri və xarici ölkədən olan jurnalistlər dinc sakinlərin qətlə yetirildiyi əraziyə düşən silah-sursat qalıqlarının fotolarını çəkərək onları təhlil edib.

Silahlardan ikisinin “Smerç” klasterli döyüş sursatı və “Smerç” gecikdirici paraşütlü parçalanma raketinin olduğu müəyyənləşdirilib.

Beynəlxalq insan haqları təşkilatı bildirir ki, “Smerç” yaylım atəşi raket sistemi ancaq Ermənistan ordusunun arsenalında var və hücumu bu qüvvələr Ermənistan silahlı qüvvələri həyata keçirib.скачать dle 11.3
Mojo.az Banner