Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”

30.10.2020 12:35 2 037
Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”
Azərbaycan bir sıra şəhərlərində mülki şəxslərə edilən hücumlarla əlaqədar Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə və digər beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, erməni tərəfi tamamilə məsuliyyətsiz davranır və “Smerç”, “SCUD”, “Toçka-U” raketlərindən istifadə edərək hərbi cinayətlər törədir:

“Erməni tərəfi bu raketlərdən istifadə edərək qəsdən mülki yaşayış məntəqələrini, Azərbaycanın mülki əhalisini hədəf alır. Gəncədə, Mingəçevirdə, Bərdədə bunun şahidi oldunuz”.

“Azərbaycan tərəfi bütün bu faktları toplayır, o cümlədən, Azərbaycan Baş Prokurorluğu bunlarla bağlı cinayət işləri başladıb. Avropa İnsan Hüquqları Məhkəməsi də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində müvafiq tədbirlər görüləcək. Biz “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarını və digər əlaqədar qurumları dəvət etmişik ki, onlar da hesabatlarını hazırlasınlar və bu beynəlxalq ictimaiyyətə təqdim edilib”, - deyə H.Hacıyev bildirib.скачать dle 11.3
Mojo.az Banner