Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İşğaldan azad edilən rayonlarda dörd yarımstansiyanın tikilməsi nəzərdə tutulur

21.10.2020 14:47 1 017
İşğaldan azad edilən rayonlarda dörd yarımstansiyanın tikilməsi nəzərdə tutulur
İşğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq.

Bu barədə “Azərenerji” ASC-nin yaydığı məlumatda qeyd olunub.

Belə ki, qurum işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.

Paralel olaraq “Azərişıq” ASC də, 35 kV-luq yarımstansiyaların tikməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır.

Ümumilikdə isə yuxarıda göstərilən dörd rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq. Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalıyla Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyirlər.

Qarabağ Azərbaycandır!скачать dle 11.3
Mojo.az Banner