Mojo.az Banner
14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur

01.06.2024 15:01 807
“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur
"Azərişıq” relyefinə görə ölkənin ən mürəkkəb quruluşuna malik Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur.

Rayon ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə davam etdirilir.

Yenidənqurma çərçivəsində Ağqaya, Milli, Qamışlı və Mərcimək istiqamətində son tamamlanma işləri görülür. Yeni metal dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. İstisu qəsəbəsində yerləşən 110/35 kV-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi isə başa çatıb.

Laçında da yenidənqurma işləri sürətlə aparılır. Laçın şəhəri dxilində yeraltı kabel xətlərinin çəkilişi davam edir. Rayonun Zabux, Cağazur, Qorçu, Qaragöl istiqamətində elektrik şəbəkələrinin yenilənməsi yekunlaşmış və Şəlvə, Qaragöl, Sus, Bəylik, Zağazur, Minkənd istiqamətinə çəkilən 35 kV-luq hava xətti də tamamlanmaq üzrədir. Quşçu kəndində isə yeni ÖİN-3 kabel hava xəttinin çəkilişinə başlanılıb. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və rəqəmsal idarəetmə mərkəzinin eləcə də Minkənd ərazisində yeni 110/35/10 kV-luq yarımstansiyanın tikintisi üçün hazırlıq işləri görülür. Həm Kəlbəcər, həm də Laçında yeni şəbəkənin qurulması və xətlərin çəkilməsi Şəhərsalma Planına əsasən həyata keçirilir.

"Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər regionlarında da əsaslı təmir və yenidənqurma işlərini paralel şəkildə davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.скачать dle 11.3
Mojo.az Banner