Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

57 keçmiş məcburi köçkün azad olunmuş rayonlarda işlə təmin edildi

31.08.2021 15:53 1 897
57 keçmiş məcburi köçkün azad olunmuş rayonlarda işlə təmin edildi
“Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə “Azərenerji” ASC tərəfindən 3 elektrik stansiyası yenidən qurulub və üç yarımstansiya tikilərək istismara verilib.

Qurumdan verilən məlumata görə, hazırda beş yarımstansiya, bir elektrik stansiyasında tikinti, quraşdırma işləri, o cümlədən yüksək gərginlikli xətlərin çəkilməsi prosesi davam edir.

Nəticədə bu günə kimi “Azərenerji” tərəfindən Qarabağ və Şərqi Zəngəzurda istismara verilən enerji obyektlərində 57 nəfər işlə təmin edilib ki, onların əksəriyyəti məhz işğaldan azad edilmiş rayonların sakinlərdir.

Belə ki, Laçındakı 8 MVt gücündə “Güləbird” Su Elektrik stansiyasında beş nəfər, Tərtərin işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında doqquz nəfər, 110/35/10 kV-luq “Şuşa” yarımstansiyasında yeddi nəfər, 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasında altı nəfər, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasında isə dörd nəfər işlə təmin edilib.

Bundan başqa tikintisi yekunlaşmaqda olan 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasında da dörd nəfər işlə təmin edilib ki, onların da hamısı məhz cəbrayıllılardır.

Həmçinin Qarabağ Regional Elektrik Şəbəkəsinin yarımstansiya, hava elektrik verilişi xətti xidmətləri də daxil olmaqla ümumilikdə 17 əməkdaşı işlə təmin edilib.

Beləliklə, “Azərenerji” obyektlərinin əməkdaşları, ya doğulduqları rayonun, ya da işğaldan azad edilən qonşu rayonlardan məcburi köçkün olmuş şəxslərdir”.скачать dle 11.3
Mojo.az Banner