Mojo.az Banner
14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramovla BMT-nin Baş katibi arasında telefon danışığı olub

16.10.2020 23:45 1 095
Ceyhun Bayramovla BMT-nin Baş katibi arasında telefon danışığı olub
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycanın Xarici İşlər naziri BMT Baş katibinə bölgədəki cari vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumat verib.

Nazir Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini və mülki infrastrukturu, həmçinin münaqişə zonasından uzaq yerləşən şəhərləri məqsədyönlü şəkildə atəşə tutduğunu vurğulayıb. O, humanitar atəşkəsin elan edilməsindən 13 saat sonra Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduğunu bildirib. Nazir bu günə kimi 47 mülki şəxsin həyatını itirdiyini və 222 nəfərin isə yaralandığını qeyd edib.

C.Bayramov bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin uzərinə düşdüyünü bildirib.

BMT Baş katibi Antonio Quterreş bölgədə gərginliyin artması və mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. BMT Baş katibi, həmçinin münaqişənin siyasi yolla həllinin zəruriliyini qeyd edib.скачать dle 11.3
Mojo.az Banner