Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov və Əfqanıstan XİN başçısı arasında telefon danışığı olub

06.10.2020 14:10 2 112
Ceyhun Bayramov və Əfqanıstan XİN başçısı arasında telefon danışığı olub
Ötən gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Məhəmməd Hənif Atmar bölgədə yaşanan gərginlikdən narahatlıq ifadə edib və Əfqanıstanın Azərbaycana dəstəyini bir daha vurğulayıb.

Nazir Ceyhun Bayramov qardaş Əfqanıstan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstəyi yüksək qiymətləndirib və bu xüsusda, Əfqanıstan İslam Respublikasının Milli Şurasının bəyanatlarına istinad edib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən uzaq yerləşən Azərbaycan şəhərlərinin məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilər və mülki infrastruktura dəymiş ziyan vurğulanıb.

Nazir bildirib ki, regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir.скачать dle 11.3
Mojo.az Banner