Mojo.az Banner
18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan silahlı birləşmələri İran ərazisinə raketlər atır - RƏSMİ

16.10.2020 22:41 1 497
Ermənistan silahlı birləşmələri İran ərazisinə raketlər atır - RƏSMİ
Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd işğal olunmuş ərazilərində silahlı toqquşmalar davam edir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, əks-hücum əməliyyatları həyata keçirən Azərbaycan ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini məhv edərək öz torpaqlarını azad edir.

Döyüşlər gedən ərazilərdən geri çəkilən parakəndə Ermənistan silahlı birləşmələri təxribat yaratmaq məqsədi ilə dost və qardaş İran ərazisinə raketlər atmaqda davam edir. Düşmənin hücumunu dəf edən Azərbaycan ordusunun bütün səylərinə baxmayaraq məqsədli atəşlər nəticəsində raketlər ara-sıra İran ərazisinə düşür:

“Məkrli düşmənin bu hərəkəti bizi hiddətləndirir və qardaş İran əhalisinin narahatlığına şərik oluruq.

İran İslam Respublikası tarixən dost və qardaş ölkə kimi daim Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, müvafiq BMT TŞ qətnamələrinin yerinə yetirilməsini və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləmişdir.

Bu gün də biz qardaş İran xalqının həmrəyliyini hiss edirik, İran hökumətinin rəsmi bəyan edilmiş dəstəyini yüksək qiymətləndiririk.

İran dövləti regionda sülhün bərqərar olunmasına öz töhfəsini əsirgəmir, sabitlik və təhlükəsizliyin təmin olunmasına tərəfdar çıxır.

Azərbaycan xalqı dostunu və düşmənini yaxşı tanıyır. Azərbaycanın müstəqillik tarixinin bu taleyüklü dövründə xalqımıza və dövlətimizə dəstək verən, onun yanında olan bütün dövlətlərin və xalqların bu ədalətli münasibətlərini unutmayacaq”.скачать dle 11.3
Mojo.az Banner