20:41 Saray qəsəbəsində sürücülər arasında insident: biri həbs olundu  |     20:33 Psixoloqdan xəbərdarlıq: “Yeniyetməni susdurmaq deyil, dinləmək lazımdır”  |     20:25 Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib  |     20:17 Beyləqanda yol qəzasında dörd nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB  |     20:10 Paşinyan Fransada Makronla görüşüb - YENİLƏNİB  |     20:01 Dövlət xidməti: Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev sökülməyəcək  |     19:55 Aİ Şengen zonasının 40 illiyini gənclər üçün pulsuz biletlərlə qeyd edir  |     19:48 Azərbaycana gətirilən 6.12 ton antep fıstığı məhv ediləcək (FOTO)  |     19:36 Nyu Yorku qarışdıran xəbər: İngilis mətbuatı belə aldadıldı  |     19:28 Mikrodalğalı sobadakı yeməkdə nə baş verir? - Alimlər izah edir  |     19:13 Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     19:01 Həyat yoldaşının telefonuna gələn zəngə görə dostunu bıçaqladı  |     18:46 Azərbaycandan Bolqarıstana ixrac 34 faiz artıb  |     18:42 "Ordu" "Lənkəran"ı üstələdi  |     18:31 Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb  |     18:15 Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib  |     17:55 Müdafiə Nazirliyinin 57 avtomobili satışa çıxarılacaq  |     17:39 Bağçada azyaşlıya qarşı şiddət - VİDEO  |     17:35 Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdə dərman maddəsi aşkarlanıb  |     17:01 İki il əvvəl Rusiyaya ekstradisiya edilən azərbaycanlı Ukrayna müharibəsində öldü  |    

İranın XİN başçısı Ceyhun Bayramovu Kəlbəcərin işğaldan azad olunması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında videokonfrans formatında görüş keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov qarşı tərəfi salamlayaraq, ölkəmizin İranla faydalı əməkdaşlığını məmnunluqla qeyd edib. Nazir bu görüşün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olduğu əlamətdar bir gündə keçirildiyini vurğulayıb. O, Azərbaycan tarixinin xüsusi dövründə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə verdiyi dəstəyə və səsləndirilən bəyanatlara görə İran tərəfinə təşəkkürünü ifadə edib.

Ceyhun Bayramov Azərbaycan-İran sərhədinin tam bərpa edildiyini həmsöhbətinin diqqətinə çatdırıb. Nazir Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunmasının qonşu və dost İran İslam Respublikası ilə daha da geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaratdığını bildirib.

İran xarici işləri naziri Məhəmməd Cavad Zərif işğal altında olan ərazilərimizin azad edilməsi, eləcə də bu gün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olması münasibəti ilə öz təbriklərini çatdırıb. Nazir münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.

Tərəflər əməkdaşlığın Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası çərçivəsində davam etdirməsinin vacibliyini vurğulayıblar. Həmçinin Azərbaycan və İran arasında ikitərəfli qaydada olduğu kimi, çoxtərəfli regional formatlarda da əməkdaşlığın davam etdirməyin zəruruliyini qeyd ediblər.

Görüşdə nazirlər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində bir sıra birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            804 25.11.20 23:38