Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər  |     17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub  |     17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Oktyabrın birinci ongünlüyündə gözlənilən hava proqnozu açıqlanıb

30.09.2020 19:22 1 426
Oktyabrın birinci ongünlüyündə gözlənilən hava proqnozu açıqlanıb
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabr ayının birinci ongünlüyünün ilk günlərində əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16, gündüzlər 20-24, üçüncü ongünlüyün bəzi günlərində 15-18 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-40 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 6-11, gündüzlər 23-28, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-3 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 49-56 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperaturun 11-16, gündüzlər 18-23, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 31-61 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12, dağlarda 0-5 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, gündüzlər 15-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 34-126 mm) gözlənilir.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 11-16, gündüzlər 19-24, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 37-54 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 11-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, dağlarda 3-7 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 17-22 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 96-274 mm) gözlənilir.

Son xəbərlər