Mojo.az Banner
16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Millət vəkili dünya ölkələrini Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

29.09.2020 19:40 1 399
Millət vəkili dünya ölkələrini Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Bu gün BMT Təhlükəsizlik Şurası nəhayət ki, 30 illik susqunluqdan sonra Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı təcili toplanır. Toplantının əsas məsələsi BMT-nin 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi və onun tələblərinə uyğun bütün işğal olunmuş torpaqlarımızdan Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxarılması olmalıdır.

Bunu millət vəkili Məzahir Əfəndiyev BMT Təhlükəsizlik Şurasının iclasını şərh edərkən deyib.

O bildirib ki, BMT nizamnaməsinin 41-ci maddəsi sanksiyalar rejimini özündə ehtiva edir. BMT-nin müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar və səmərəli bir işlək orqana çevrilməsinin vaxtı çatıb. Çünki, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına kölgə salmaqla BMT-nin nüfuzunu sarsıdır. Ona görə də BMT-nin qlobal səviyyədə rolunun və təsir imkanlarının gücləndirilməsinə, həmçinin müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanlarına xüsusi diqqət yetirilməlidir.

“Azərbaycanın Şanlı Ordusu Qarabağda gedən qızğın döyüşlərdə torpaqlarımızı böyük hərbi üstünlüklə düşməndən təmizliyərək ərazi bütövlüyümüzü bərpa etməkdədir. Təəssüflər olsun ki, müharibənin qanunlarına uyğun insan itkiləri də baş verməkdədir. Xüsusilə də həlak olan bütün insanların məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin, şəxsən Paşinyanın üzərinə düşür.

Ona görə də beynəlxalq hüquqa, habelə qəbul edilmiş qətnamələrə məhəl qoymayan, öz səriştəsiz və faşist prinsiplərinə əsaslanan Paşinyan beynəlxalq hərbi tribunala cəlb olunmalıdır. ATƏT-in həmsədr ölkələrinə çağırış edirəm və bundan sonra baş verəcək insan tələfatına son qoyulması üçün Rusiya, Fransa və ABŞ-ı Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün səsləyirəm”, - deyə millət vəkili qeyd edib.скачать dle 11.3
Mojo.az Banner