“Ermənistan qoşunları işğal etdiyi əraziləri tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Azərbaycanda istifadəçilərin internetdən hansı məqsədlərlə yararlandığı açıqlandı  |     22:55 Bakıda tozlu hava - Təhlükə haradan gəlir?  |     22:48 “Mercedes” G sinfindən olan kabrioletin istehsalına yenidən başlayacaq  |     22:43 Məşhur kriptovalyuta platforması qızıla sərmayə qoymaq istəyir  |     22:36 Marqarin istehsalı azalıb  |     22:30 "Facebook" bu funksiyanı geri gətirir  |     22:22 Qızılbalıq kürüsünün qiyməti kəskin bahalaşdı  |     22:17 Kardioloq sağlam yağların hansı qidalarda olduğunu açıqladı  |     22:09 Universitetlər subbakalavrları niyə istəmir?  |     22:04 Azərbaycan ərazisində radioloji vəziyyət necədir?  |     21:58 Xalq artisti Türkiyədəki villasını niyə satıb?  |     21:51 "Dırnaq ustalarının tibbdən anlayışı yoxdur" - Professor  |     21:46 Gediş haqqı məsafəyə görə ödəniləcək?  |     21:39 43 yaşında 9-cu sinif məzunu oldu - Şəhlanın uğur hekayəsi  |     21:33 6 ay ömür qoydular, 25 ildir xərçənglə yaşayır - Bu necə mümkün olub?  |     21:28 ABŞ-də Müdafiə Nazirliyi yaradıldı  |     21:20 Zaqatala sakini Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU (FOTO)  |     21:14 Əfqanıstanda zəlzələdə sağ qalanların axtarışları başa çatıb  |     20:50 Problemləri bitməyən 4 hibrid avtomobil - Ekspertlər açıqladı  |     20:45 Tiktokda "Xakker Tamerlan" adı ilə tanınan yayımçı həbs edilib  |    

“Ermənistan qoşunları işğal etdiyi əraziləri tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür”

“Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 2020-ci il sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib:

“Ermənistan bu günə qədər həmin qətnamələri icra etməyib. Bu ilk növbədə Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir.

Təhlükəsizlik Şurasının üzvləri bütün müvafiq müzakirələr zamanı həmin qətnamələrin icrasının vacibliyi məsələsini qabartmalıdırlar. Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən, Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            606 30.09.20 13:12