Mojo.az Banner
17:06 Şindan qalasında yeni izlər müəyyən edilib  |     17:00 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb  |     16:58 Binəqədidə baş verən yanğın məhdudlaşdırılıb  |     16:52 AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar  |     16:46 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ  |     16:28 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     16:24 "Qarabağ" onları avroliqadan kənarlaşdıran futbolçunu transfer etmək istəyir  |     15:59 Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu  |     15:50 Vəkil Elşad Məmmədov saxlanıldı - FOTO  |     15:21 Azərbaycanın dövlət borcu nə qədər olub?  |     14:51 Yeri qəfil maqnit qasırğası bürüdü: Dalğalanma hansı səviyyəyə çatacaq?  |     13:44 Sabah leysan olacaq  |     13:38 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     13:19 Arvadını öldürən şəxs: "Bizim kinomuz bura qədər idi" deyərək ona çox sayda bıçaq zərbəsi endirdim"  |     13:16 Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb - VİDEO  |     13:10 Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR  |     12:46 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:41 Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi  |     12:40 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:22 Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…  |    
Left Banner
Right Banner

İki il əvvəl partlayış zamanı dağılan binanın yerində inşa edilən yeni binaya qaz verildi

19.09.2020 22:35 2 001
İki il əvvəl partlayış zamanı dağılan binanın yerində inşa edilən yeni binaya qaz verildi
Gəncə şəhərində 2018-ci ilin noyabr ayında qaz sızması nəticəsində partlayış baş verən binanın yerində yeni bina inşa olunaraq 4 ay əvvəl sakinlərin istifadəsinə verilib. Lakin bina bu müddət ərzində müəyyən sənədləşdirmə prosedurları icra edildiyindən qazlaşdırılmamışdı.

“Azəriqaz”dan KONKRET.az-a verilən məlumata görə, sentyabrın 18-də həmin binaya qaz verilişi təmin edilib. Şahlar Hüseynov 13 A ünvanında yerləşən binadakı 50 mənzilin hər birinə qaz xətləri çəkilib, məişət sayğacları quraşdırılıb. Qaz çəkilişlərini xüsusi icazəsi olan tikinti şirkəti (podratçı təşkilat) aparıb. İşin standartlara və təhlükəsizlik qaydalarına uyğun icrasına isə daim “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsi nəzarət edib.

Onu da qeyd edək ki, son günlər bu binada yaşayan sakinlərin narahatlığını nəzərə alaraq “Azəriqaz” qazlaşma işlərinin sürətləndirilməsi və digər qurumlarda sənədlərin yoxlama prosesinin tezləşdirilməsinə çalışıb. “Azəriqaz” İstehsalat Birliyinə yekun açılışa hazırlıqla bağlı rəy məktubu daxil olan kimi, elə həmin gün də binanın qazla təminatı həyata keçirilib.скачать dle 11.3
Mojo.az Banner