13:49 Xarici ölkələrdə işə düzəltmək adı ilə insanları aldadan şəxslər TUTULDULAR  |     13:48 AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır  |     13:44 Meksika ABŞ səfirini çağırdı - SƏBƏB  |     13:41 İsmayıllıda kitabxana müdiri vəfat edib - FOTO  |     13:39 Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu  |     13:38 Rəsmi Bakı: "Azərbaycan-Türkiyə qardaşlığı əbədi yaşayacaq" - FOTO  |     13:37 Marsda mümkün su hövzələrinin harada ola biləcəyi aşkar edildi  |     13:34 Səudiyyə Ərəbistanında dünyanın ilk asma stadionu tikiləcək  |     13:15 37 yaşlı qadın əməliyyatdan sonra səhhətində fəsadların yarandığını İDDİA EDİR - Tanınmış cərrahdan ŞİKAYƏT (Vİdeo)  |     12:58 DTX tərəfindən saxlanılan Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırıldı  |     12:51 Bu gün maqnit qasırğası olacaq: Xəbərdarlıq  |     12:28 Lənkəranda şərab evində normativ tələblər pozulub - FOTOLAR  |     12:19 Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılışında - FOTOLAR  |     12:15 Rəfael Abbasov dəfn edildi  |     12:05 Zaqatalada 41 yaşlı kişini döyüb öldürməkdə təqsirləndirilən şəxslərdən biri saxlanıldı  |     12:01 Astarada 17 yaşlı gəlin öz toyunda öldü: Yeddi aylıq hamilə imiş - TƏFƏRRÜAT (Yenilənir)  |     11:53 Belarusun baş nazirinin müavini Natalya Petkeviç Füzuli rayonuna səfər edib  |     11:36 DİN kiberdələduzluqla bağlı xəbərdarlıq edib - VİDEO  |     11:30 "Pilot İnşaat-A" MTK vətəndaşın evini yerlə bir etdi - VİDEO  |     11:25 Ağdərədə betonqarışdıran maşın dərəyə aşdı, sürücü öldü  |    

“Azəriqaz”dan Tovuzdakı partlayışla bağlı AÇIQLAMA: “Podratçı şirkətin səhlankarlığı…”

Bu gün günorta saatlarında Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusunun partlaması barədə xəbər yayılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a bildirilib ki, sözügedən partlayışın Birliklə hər hansı əlaqəsi yoxdur:

“Belə ki, rayonun Xatınlı kəndinin yaxınlığında yol genişləndirilməsi işləri aparılır. Bu işlə məşğul olan podratçı təşkilat dünən axşam saatlarında mövcud qaz xəttini yenisi ilə əvəzləyib, “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinə təhvil verib. Lakin qoşmadan sonra qaz axını yaxşı baş tutmayıb, yerli sakinlər qazın zəifliyindən şikayətləniblər. Ona görə də podratçı təşkilatdan qaz xəttinin dəyişdirilmiş hissəsinin yenidən yoxlanılılaraq gələn həftə təhvil verilməsi tələb olunub. Bundan sonra isə iyunun 20-də səhər saat 09:00 radələrində qaz təchizatı dayandırlıb. Podratçı təşkilat isə elə bu gün saat 16:00 radələrində “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinə hər hansı məlumat vermədən, qoşma aparılan hissədə özbaşına hansısa işləri icra edib. Ona görə də səhlənkarlıq ucbatından partlayış qeydə alınıb.

Qeyd edək ki, diametri 159 mm olan qaz xəttinin təqribən 500 metrlik hissəsi yol tikintisi ilə məşğul olan podratçı təşkilat tərəfindən polietilen boru ilə əvəzlənəcəkdi. Bu xətt Tovuz rayonunun Xatınlı, Qaraxanlı və Cilovdarlı kəndlərinin iki minə yaxın abonentinin qaz təchizatı üçün nəzərdə tutulub. Hazırda podratçı təşkilat qaz xəttini tam təhvil verə bilmədiyindən, Şəmkir Regional qaz istismarı İdarəsi köhnə xətti bərpa etməklə qaz təchizatının həyata keçirilməsi ilə məşğuldur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 876 20.06.20 21:00