“Azəriqaz” ünvanına daxil olan müraciətlərə aydınlıq gətirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi  |     22:55 Vüqarın bu mahnılarına radioda qadağa qoyuldu - VİDEO  |     22:46 Türkiyədə 5.2 maqnitudada zəlzələ baş verib  |     22:41 Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq  |     22:34 Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb  |     22:28 Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb  |     22:20 Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə  |     22:15 Bayram günlərində paytaxtın qızıl bazarında SON VƏZİYYƏT - VİDEO  |     22:08 İsveçrədə buzlaqlar çökür: Avropanı yeni təhlükə gözləyir  |     22:00 Azərbaycan millisi Latviya yığması ilə heç-heçə etdi  |     21:53 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirildi  |     21:47 Valideynlərdən hədiyyə olaraq zinət əşyası aldığına görə cəzalandırılan müəllimə DANIŞDI  |     21:39 Şəkidə 31 yaşlı kişini ilan sancıb  |     21:33 Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən 4 nəfər tapılıb  |     21:26 Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək  |     21:21 İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT  |     21:12 Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı  |     21:05 Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB  |     21:00 Beşdən çox uşağı olan qadınların sayı açıqlandı - Rayonlar üzrə rəqəmlər  |     20:53 17 il əvvəl vəfat edən mayora şəhid adı veriləcək  |    

“Azəriqaz” ünvanına daxil olan müraciətlərə aydınlıq gətirdi

Ötən il 362 bina qazlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, 2020-ci il ərzində 362 yaşayış binasına təbii qaz verilişi təmin edilib.

Bu binalarda təbii qazla təchiz edilən mənzillərin sayı isə 28 008-ə bərabərdir. Təkcə ötən ilin dekabr ayında 77 yaşayış binası üzrə 2 882 mənzil təbii qaz alıb.

Ümumilikdə birliyin əməkdaşları təbii qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirir. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımi köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilir.

Binaların qazlaşmasına dair birliyin ünvanına tez-tez daxil olan müraciətlərə də aydınlıq gətirilib. Bildirilib ki, əksər hallarda hansısa bir binada təbii qaz açılışının yubanmasında “Azəriqaz” İB günahkar hesab edilir və bəzən də tikinti təşkilatının səhlənkarlığı birliyin üzərinə atılır:

“Ona görə də bu prosesin necə tənzimlənməsi barədə binalardan mənzil alan vətəndaşlar bir daha agah olsun deyə, prosedurları təqdim edirik. Çoxmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi ilə əlaqədar hüquqi və ya fiziki şəxslər texniki şərtin alınması üçün “ASAN Kommunal” mərkəzlərinə müvafiq mülkiyyət sənədləri təqdim etməklə müraciət etməlidir. Bundan sonra mənzil-tikinti kooperativinin (MTK) rəhbərliyi verilmiş texniki şərtlər əsasında xüsusi icazəsi (lisenziya) olan layihə təşkilatı ilə müqavilə bağlayaraq öz vəsaiti hesabına layihə-smeta sənədlərinin hazırlanmasını sifariş verir. Hazırlanmış layihə-smeta sənədləri sifarişçi tərəfindən “Azəriqaz” İB ilə razılaşdırılır və aidiyyəti dövlət qurumlarında qeydiyyatdan keçirilir.

Qeyd edək ki, razılaşdırılmış layihə-smeta sənədlərinə uyğun olaraq qazlaşdırma işlərini MTK-nın sifarişi əsasında xüsusi icazəsi olan tikinti təşkilatları həyata keçirir. Belə ki, tikinti təşkilatları “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə Qaydalarının”, eləcə də qüvvədə olan “Tikinti Norma və Qaydaları”nın tələblərinə uyğun binanın daxili qaz şəbəkəsinin qurulmasını və sayğacların quraşdırılmasını həyata keçirməli, həmçinin texniki-icra sənədləri tərtib olunmalıdır. Kommunikasiya xətləri çəkildikdən və qaz sayğacları quraşdırıldıqdan sonra MTK-nın rəhbərliyi və ya MTK ilə işlərin görülməsi üçün müqavilə bağlayan podratçı təşkilat tərəfindən qəbul kоmissiyаsının аktlаrı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdаn, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir. Yəni, binalarda qazlaşma işlərini “Azəriqaz” İB icra etmir və yalnız açılışa hazırlıqla bağlı rəylərin əks olunduğu müvafiq sənədlər (ayrı-ayrı qurumlardan alınan) təqdim edildikdən sonra binalara təbii qazın verilməsi təmin edilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            720 07.01.21 15:22