Mojo.az Banner
23:50 Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi - AÇIQLAMA  |     22:50 Əhməd təkrar cinayət törədib? - ŞOK SƏS YAZISI  |     22:41 Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü  |     22:34 Polisdən əməliyyat, saxlanılanlar var  |     22:29 Təbii qazın dəyəri azaldı  |     22:23 Alimlər sübut etdi: Müasir musiqi getdikcə "fastfuda"a çevrilir  |     22:15 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə bahalaşacaq? (Video)  |     22:06 Əməkdar artistin səhhətində problem yarandı  |     22:01 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir  |     21:53 Kişi icarədar idmançı qızın burnunu qırdı - Bakıda restoranda insident  |     21:45 Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb  |     21:40 Müharibədə İrana dəyən ziyanın məbləği AÇIQLANDI  |     21:34 Bu sürücülərin "prava"sı əlindən alınacaq - SƏBƏB NƏDİR?  |     21:26 İran neft hasilatını azaltmağa başlayıb  |     21:18 Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ  |     21:13 Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  |     21:04 Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü  |     20:56 İki qardaş toyda bıçaqlandı  |     20:51 Pakistanın "Airblue" şirkəti Bakıya uçuşlara başlayır  |     20:44 Məktəbdən sonra uşağın düzgün istirahəti - Gücünü necə bərpa etməlidir?  |    
Left Banner
Right Banner

Bakı Təhsil İdarəsindən 65 yaşlı müəllimin iddialarına CAVAB

18.09.2020 20:17 1 314
Bakı Təhsil İdarəsindən 65 yaşlı müəllimin iddialarına CAVAB
Bakıda ömrünün 48 ilini təhsilə adayan müəllim çalışdığı məktəbdən şikayətçidir.

Bu barədə Oxu.Az-a müəllimin özü məlumat verib.

Paytaxtın Yasamal rayonu, Zahid Xəlilov 65 ünvanında yerləşən 53 saylı tam orta məktəbdə çalışan ibtidai sinif müəllimi Sevil Axundova deyir ki, məktəb rəhbərliyi onun adına yeni tədris ili üçün sinif toplayıb:

“Məktəbimizdə 65 yaşı tamam olan bir neçə müəllim var. Onlarla müddətli əmək müqaviləsi bağlanıb. Məktəb direktoru mənimlə də müddətli əmək müqaviləsi bağlanacağını bildirib. 48 ildir məktəbin rus sektorunda ibtidai sinif müəllimi kimi çalışmışam. Sentyabrın 15-nə qədər mənim işimə xitam verəcəyini deməyib. Sinif otağını bəzəyib, mənim adıma yığılan birinci sinifləri gözləyirdim.

Valideynlər uşaqlarını mənim sinfimə yazdırmaq üçün bir neçə məktəbdən çıxarıblar. İndi həmin valideynlər də vəziyyətdən şikayətçidir. Mənim 65 yaşım may ayında tamam olub. Yaşımla əlaqədar qanunla təqaüdə çıxmalıyam. Lakin, başqa müəllimlərlə müddətli əmək müqaviləsi bağlanırsa, mənimlə də bağlana bilərdi. Nə üçün son günə qədər “hər şey yaxşı olacaq” deyib, təhsilin başlamasına bir gün qalmış (sentyabrın 14-də) mənə işdən azad olunacağım deyildi?”

Məsələ ilə bağlı Bakı Təhsil İdarəsinə müraciət etdik. İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləmiş Axundova Sevil Abas qızının 23 may 2020-ci il tarixdə 65 yaşı tamam olub. Bununla əlaqədar adıçəkilən müəllim ilə 23 may 2020-ci il tarixindən keçən tədris ilinin sonuna kimi (16.06.2020) müddətli əmək müqaviləsi bağlanıb və əmək fəaliyyətinə davam etməsi təmin olunub.

Qeyd edək ki, S.Axundova keçən tədris ilində 4-cü sinfə tədris keçib və tədris ilinin sonunda həmin sinfi təhvil verib. Əmək qanunvericiliyinin tələbinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65-dir. Bu səbəbdən təqaüd yaşına çatdığına görə Axundova Sevil Abas qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.скачать dle 11.3
Mojo.az Banner