Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məktəb direktorundan təqdirəlayiq addım: Siniflərə şəhidlərin adı verildi - VİDEO

30.01.2021 15:51 1 044
Bakıda məktəb direktorundan təqdirəlayiq addım: Siniflərə şəhidlərin adı verildi - VİDEO
Bakıda fəaliyyət göstərən 28 saylı tam orta məktəbdə siniflərə şəhidlərin adları verilib.

Söhbət paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən məktəbdən gedir.

28 saylı tam orta məktəbin direktoru Qənirə Əmircanova Oxu.Az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində şəhidlərin xatirəsinə belə bir təşəbbüs irəli sürüb:

“Bu təşəbbüs valideynlər və kollektiv tərəfindən müsbət qarşılandı. Məktəbdə divarlara şəhidlərimizin fotosu və onlar haqqında məlumatların qeyd olunduğu lövhələr vurulub. Məqsədimiz şagirdlərin şəhidlər barədə məlumatları bilməsi və onları heç vaxt unutmamasıdır. Məktəbdə 38 sinif otağı və 65 sinif var. Onlarda dördü ibtidai sinif, 61-i isə yuxarı sinifdir.

Şəhidlərimizin adı sinif otaqlarına deyil, siniflərin özünə verilir. Hər sinfə hansı şəhidin adı verilibsə, o sinifdə oxuyan şagirdlər üçün həmin şəhidin fotosu və adı həkk olunan döş nişanı hazırlanır. Məktəblər açıldıqdan sonra həmin döş nişanları şagirdlərə paylanılacaq. Həmin lövhələr və döş nişanları isə məktəb rəhbərliyinin, eləcə də valideynlərin şəxsi hesabları ilə hazırlanıb”.

Mövzu ilə əlaqədar videogörüntüləri məktəbdə çalışan müəllimə Çinarə Məmmədli paylaşıb.

Həmin görüntüləri təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner