Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şagirdi döyən müəllimin izahatı alındı, töhmət verildi - RƏSMİ

14.05.2019 15:19 2 406
Şagirdi döyən müəllimin izahatı alındı, töhmət verildi - RƏSMİ
Ötən gün 246 nömrəli orta məktəbdə II sinif şagirdinə müəllim Pərvanə Absalamova tərəfindən kobudluq edilməsi və şagirdə fiziki güc tətbiq etməsinin video görüntüsü yayılıb.

Hadisə ilə bağlı məktəbdən reaksiya gəlib. 246 nömrəli məktəb-liseydən femida.az-a verilmiş məlumatda qeyd olunur ki, mayın 10-da məktəbin ibtidai sinif müəllimi şeir deyən uşaqların fikrini yayındıran II sinif şagidini (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) tənbeh edib. Bununla bağlı videogörüntü müəllimin özü tərəfindən yaradılmış valideyn votsap qrupuna göndərilib.

Videogörüntü valideyn tərəfindən mayın 13-də məktəb-liseyin rəhbərliyinə təqdim olunub. Məktəb-liseyin rəhbərliyi tərəfindən dərhal ibtidai sinif müəlliminin izahatı alınıb və valideynin ərizəsinə əsasən, şagirdin sinfi dəyişdirilib. Məsələ ilə bağlı müəllimə töhmət verilib.

Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.

Son xəbərlər